Türkiyə Ukraynadakı münaqişənin həllinin mürəkkəbliyini izah edib

112

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “Habertürk” telekanalının efirində Ukraynadakı münaqişənin həllində əsas çətinliyi izah edib. Elchi.az xəbər verir ki, onun sözlərinə görə, Qərb ölkələri hərbi əməliyyatların davam etdirilməsini istəyir.

“İndi beynəlxalq konyuktura sülhdən daha çox müharibənin tərəfindədir. Qərbin aparıcı qüvvələri onun davam etdirilməsinin tərəfdarıdır”.

Kalın vurğulayıb ki, Ankaranın bu məsələ ilə bağlı təklifi var və hazırda onun üzərində işləyir. O, bu qarşıdurmanı “Soyuq Müharibə 2” adlandıraraq, münaqişə tərəflərinin Moskva və Kiyev deyil, sülh yolu ilə həllini istəməyən Rusiya və Qərb olduğunu qeyd edib.

Havar Şəfiyeva