Türkiyə səfiri 20 Yanvar Günü ilə bağlı paylaşım edib

40

“20 Yanvar üsyan, oyanış və diriliş məşəli, ürəklərdə yanan azadlıq və istiqlal atəşidir”.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının paylaşımında deyilir.

“Vətən uğrunda tökülən şəhidlərin qanı müqəddəs üçrəngli bayrağa çevrilib. Onların adları və xatirələri qəlblərdə əbədi yaşayacaqdır.
Ruhları şad olsun!”, – səfir qeyd edib.