Türkiyə klubu Andrea Pirlo ilə vidalaşır

87

Türkiyənin “Fatih Karagümrük” komandası baş məşqçisi Andrea Pirlo ilə yollarını ayıracaq.

Elchi.az xəbər verir ki, bu barədə yerli jurnalist Yağız Sabuncuoğlu rəsmi tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, klub rəhbərliyi 44 yaşlı məşhur mütəxəssislə vidalaşmaq qərarı alıb.

Qeyd edək ki, Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisində işləyir.