Türkiyə İsveçin NATO-ya üzv olmaq səylərini yüksək qiymətləndirdi

96

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün atdığı addımları şərh edib. Elchi.az xəbər verir ki, o, bu barədə Amerikanın “PBS” telekanalına müsahibəsində danışıb.

Ərdoğan İsveçin NATO-ya üzv olmaq üzrə fəaliyyətini yüksək qiymətləndirib və onun terrorla mübarizə ilə bağlı verdiyi vədləri yerinə yetirməyə borclu olduğunu xatırladıb. Ərdoğan əlavə edib ki, İsveçin NATO-ya daxil olmaq təklifinə Türkiyə Böyük Millət Məclisində baxılacaq.

Türkiyə lideri əlavə edib ki, İsveçin NATO-ya daxil olması məsələsi “TBMM” nin gündəminə daxildir.

Havar Şəfiyeva