Türkiyə 132 ölkəyə toxum ixrac edir

42

Elchi.az xəbər verir ki, Türkiyə Toxum Dərnəyi (TÜRKTOB) İdarə Heyətinin sədri Savaş Akcan Türkiyədə istehsal edilən yerli toxumu 132 ölkəyə ixrac etdiklərini bildirdi.
2023-cü il üçün toxum ixracını 250 milyon dollara, idxalı isə 190-180 milyon dollara çatdırmağı hədəflədiklərini söylədi..
TÜRKTOB İdarə Heyətinin sədri Akcan, “Growtech 2022 Beynəlxalq İstixana, Kənd Təsərrüfatı Texnologiyaları və Heyvandarlıq Avadanlıqları Sərgisi” üçün gəldiyi Antalyada AA müxbirinə verdiyi açıqlamada, ölkədə “qıtlıq olacaq” dedi-qodularına baxmayaraq, Dünyada epidemiya dövründə Türkiyənin zavod istehsal tutumunun yüzdə 6-ya yaxın olduğunu söylədi.
Qida müstəqilliyində toxumçuluğun əhəmiyyətinə diqqət çəkən Akcan, türk toxumçuluq sənayesi olaraq ölkə və insanlıq üçün mübarizə apardıqlarını, istehsal və ixracatda dünyada birinci olmaq üçün çalışdıqlarını söylədi.

Şayəstə