"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Türk diplomatları İŞİD-in azərbaycanlı komandirinin əsiri olub (VİDEO)

25 Sentyabr 2014 - 00:11
in Banner, GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının və konsulluğu mühafizə edən türk img1641222xüsusi təyinatlılarının üç aydan çox İŞİD tərəfindən əsir saxlanılmasının yeni sensasion təfərrüatları məlum olub.
Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə İŞİD-in azad etdiyi 49 türk girovdan biri, Baş Konsulluq binasını mühafizə edən xüsusi təyinatlı polis əməkdaşı Veysel Can başlarına gələnlər haqda danışıb.
Qaziantep bölgəsindən olan üç uşaq atası Veysel Can “Akşam” qəzetinə açıqlamasında deyib ki, iyulun 11-də İŞİD dəstələri Baş Konsulluq binasına hücum etməzdən əvvəl binanı mühafizə edən İraq hərbçiləri qaçmışdı. Onun dediyinə görə, İraq ordusunun birlikləri şəhərdən qaçandan sonra 1000-ə yaxın İŞİD döyüşçüsü Baş Konsulluq binasını mühasirəyə alıb.
“Daha əvvəl bizim yerləşdiyimiz ərazidə bir İŞİD komandiri öldürülmüşdü. İŞİD də vərəqələr paylayaraq və səsli anonslarla çıxış edərək insanların şəhəri tərk etməsini, komandirin ölümünün qisasının qanlı bir şəkildə alınacağını bildirirdi.
Sonra basqın günü konsulluğun qapısına gəldilər. İŞİD döyüşçüləri arasında olan bir türkmən qapını açmağı tələb etdi. Bunun mümkün olmadığını dedik. Sonra içində yarım tona yaxın partlayıcı olan yük maşınını qapının önünə gətirdilər, binanı partladıb hayava uçuracaqlarını bildirdilər. Təxminən 1000-ə yaxın adam bizi mühasirəyə almışdı. Çoxu ağır silahlarla silahlanmışdı. Evlərin damında qumbaraatanlarla mövqe tutmuşdular.
Sonra baş konsulumuz o vaxt xarici işlər naziri olan Əhməd Davudoğluna zəng etdi. Onun təlimatı ilə döyüşmədik və təslim olmağa məcbur qaldıq” – deyə Veysel Can bildirib.
Onun dediyinə görə, təslim olandan sonra məlum olub ki, konsulluq binasının mühasirəyə alınması və əməkdaşların əsir alınması əməliyyatına Azərbaycan vətəndaşı olan yüksək rütbəli İŞİD komandiri başçılıq edirmiş.
Veysel Can deyir: “Biz təslim olandan sonra Azərbaycan vətəndaşı olan İŞİD komandiri yanımıza gəldi. “Sizi Türkiyəyə dərhal göndərməyəcəyik. Əvvəlcə Türkiyə ilə anlaşma əldə etməliyik” – dedi”.
Veysel Can əsir saxlanıldıqları müddətdə 8 dəfə yerlərinin dəyişdirildiyini bildirib. Onların əsir saxlanıldıqları yerlər bir neçə dəfə hava zərbələrinə məruz qalıb. Əsirlər azad edilməzdən 10 gün əvvəl İŞİD komandirləri onların yanlarına gələrək “Sabah sizi Türkiyəyə göndərəcəyik” deyiblər.
“Ancaq inanmadıq. Çünki əvvəllər də “buraxacağıq” demişdilər, ancaq buraxmamışdılar. Sonra azad olunacağımız gün gəldilər, hazırlanmağımızı əmr etdilər. Bizi avtobusa mindirdilər. Əvvəl yenə harasa başqa yerə aparıldığımızı düşünürdük. Sonra yanımıza onların “Mosul valisi” dediyi şəxs gəldi. O, anlaşmanın əldə olunduğunu və Türkiyəyə göndəriləcəyimizi bildirdi.
Bizi avtobusla Suriyanın içərisindən keçirib Rakka şəhərinə apardılar, sonra Telabyada gəldik. Düşündük ki, burada saxlayacaqlar. Sonra Türkiyənin Akçakala sərhədinə gətirdilər, onda inandıq ki, bizi azad edirlər. MİT-ə xəbər vermədikləri üçün 4 saat sərhəddə gözlədik. Sonra türk görəvlilər gəldi. “Sənədləri imzalayıb sizi təhvil alacağıq” – dedilər.
Sonra bizi təhvil aldılar. Sərhədi keçəndə bəzi yoldaşlarımız sevincindən ağlayıb huşunu itirdi. Bizi MİT bölgə müdirliyinə apardılar. Oradan ilk dəfə ailəmizlə telefon əlaqəsi yarada bildik” – deyə V.Can başına gələnləri nəql edib.
Xatırladaq ki, Türkiyə rəhbərliyi girovların hansısa xüsusi əməliyyat sayəsində azad edildiyini bəyan edir. Hətta iddia edilirdi ki, bu əməliyyatda bir xüsusi təyinatlı həlak olub.
İndi isə keçmiş girovun danışdıqlarından məlum olur ki, Türkiyə tərəfi İŞİD-lə anlaşaraq konsulluq əməkdaşlarını azad edib, üstəlik onlarla sənəd də imzalayıblar.
Previous Post

Türk diplomatları İŞİD-in azərbaycanlı komandirinin əsiri olub (VİDEO)

Next Post

Atıcılıq üzrə Bakı şəhər kuboku yarışı keçirilib

Bənzər yazılar

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Elchi.az...

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18

22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib. Elchi.az xəbər verir ki, tədbir...

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

22 İyul 2026 - 18:42

22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyində (AJB) Həsən bəy Zərdabi...

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 - 00:00

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli...

Next Post

Atıcılıq üzrə Bakı şəhər kuboku yarışı keçirilib

Atıcılıq üzrə Bakı şəhər kuboku yarışı keçirilib

Son xəbərlər

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28
Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

23 İyul 2026 - 23:27
Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

23 İyul 2026 - 23:26
İraqla İran arasında 4 sənəd imzalanıb

İraqla İran arasında 4 sənəd imzalanıb

23 İyul 2026 - 23:24
Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.