“Kökləri minilliklərə gedib çıxan türk izini Anadoludan silmək istəyən imperialist qüvvələrə qarşı türk millətinin istiqlal savaşında dönüş anıdır 30 avqust 1922-ci il! Türk milləti göstərdi ki, kimsəyə boyun əyməz”.
Elchi.az-ın məlumatına görə, bu sözləri millət vəkili Musa Qasımlı Feysbuk hesabında qeyd edib.
Deputat qeyd edib ki, 30 avqust dünya türklüyünün də bayramıdır:
“O zaman müstəqil dövləti olmayan Azərbaycan xalqı türk qardaşlarına yardım edər, arxiv sənədlərində yazıldığı kimi, hər bir qələbəsinə sevinərək qurbanlar kəsər, Bakı, Gəncə, Naxçıvan, Tiflis və başqa şəhərlərdə evlərinin balkonlarından Azərbaycan və Türkiyə bayraqlarını yanaşı asardı…
Azərbaycan da bütün təzyiqlərə baxmayaraq, işğalla barışmadı və 2020-ci ildə torpaqlarını azad etdi.Bu dəfə yanımızda türk qardaşlarımız oldu. İndi hər birimizin evində, bizim üçün müqəddəs olan şəhid məzarlarının üzərində Azərbaycan və Türkiyə bayraqları yanaşı asılır. Zəfər bayramınız mübarək olsun! Türkə ancaq qələbə yaraşır!”.
Yeganə