"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Turistlərin dollar problemi ciddiləşir

09 Sentyabr 2016 - 11:16
in XƏBƏR LENTİ
FacebookVatsap
 Turistlərin dollar problemi ciddiləşir

Ekspertlər bildirirlər ki, ölkəyə gələn turistlərin valyuta dəyişməsində limit olmamalıdır, xüsusi qaydalar tətbiq edilməsi vacibdir

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Ölkə banklarının xarici valyuta satmaması gələn turistlərlə bağlı da problemlər yaradır. Ölkəyə gələn turistlər gedərkən istifadə etmədikləri manatı banklara geri qaytara bilmirlər. Artıq bununla bağlı sosial şəbəkələrdə faktlar səslənməkdədir. Ekspertlər isə bildirirlər ki, bəzi valyuta siyasəti sərt olan ölkələrdə turistlər üçün xüsusi qaydalar tətbiq edilir. Ölkəyə gələn turist xarici valyutanı bankda çevirərkən aldığı çeki ölkəni tərk edən zaman istənilən banka göstərib istifadə etmədiyi valyutanı yenidən dəyişə bilər.  
Ekspert Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib ki, indiki halda turistlər üçün bəzi istisnalar olmalıdır: “Əks halda, ölkəyə heç kəs gəlməyəcək. Artıq bizdə bir neçə faktlar var, xaricilər gəlib Azərbaycanda manat alır, çıxanda əlində qalanı dollara dəyişmək istəyəndə, dəyişə bilmir. Bu, ölkə haqqında pis fikir formalaşdırır. Hər halda, ümid edirəm ki, Azərbaycan Belarusiya kimi, Özbəkistan, Venesuela kimi olmayacaq ki, biz də gedib banklardan dollar ala bilməyək. Ümid edirəm ki, son həftələrdəki vəziyyət çox çəkməyəcək. Əvvəl-axır, ayın sonuna kimi bitəcək, əvvəlki qaydada hər şey sərbəst olacaq. Bu zaman devalvasiyadan qaçmaq mümkün deyil. Buna çalışmaq da lazım deyil. Rusiyadakı kimi bizdə də gərək milli valyutamızın dəyərini bazar müəyyən etsin.
Devalvasiya obyektiv zərurətdirsə, olsun. Zorla saxlayıb, dollar satmrılar, ”qara bazar” fəaliyyət göstərir, turistlər pulu dəyişə bilmir, turistlərdən də qabaq özümüz edə bilmirik. Burada fərq qoymaq lazım deyil əslində. Yəni turistlər pulu dəyişsin, biz yox. Dövlət ilk növbədə öz vətəndaşlarına xidmət etməlidir və dollar da məhdudiyyətsiz dəyişdirilməlidir. Devalvasiya etmək lazımdırsa, olsun. Amma sırf dövlət təhlükəsizliyi nöqteyi-nəzərindən valyuta ehtiyatlarımız azalsa, turistlər üçün xüsusi hal tətbiq edilə bilər.
Dövlət deyir ki, bu gün 40 milyarda yaxın ehtiyatımız var. Bu ehtiyatı varsa, mən bugünkü məhdudiyyətlərə ehtiyac görmürəm. Amma sabah birdən əgər valyuta ehtiyatlarımız kəskin azalsa, iqtisadi təhlükəsizlik baxımından dollar satmaq mümkün olmasa, yalnız bu halda zərurət görərdim ki, turistlər üçün bu qayda tətbiq edilsin. Əgər ölkəyə girəndə valyuta dəyişiblərsə, çıxanda eyni valyutanı ala bilsinlər. Onlara bizim vətəndaşlara nisbətən üstünlük verilsin. İndiki vəziyyətdə bu ehtiyacı görmürəm, turistlər də, ölkə vətəndaşları da dollar ala bilməlidir”.
Ekspert Elşad Məmmədov isə musavat.com-a deyib ki, son günlər dollar və avronun əldə edilməsi ilə bağlı problemlər ardıcıl baş vermiş manatın devalvasiyaları səbəbindən müşahidə olunan turist axınının artımına öz mənfi təsirini göstərməkdədir: “Belə ki, turistlərin əldə etdikləri manatları ölkələrinə dönərkən yenidən dollara və avroya çevirməsi onlar üçün əsl problemə çevrilib. Maliyyə sektorundakı bu çətin vəziyyət ölkənin digər makro və mikro iqtisadi göstəricilərinə etdiyi mənfi təsirlə yanaşı turizmin inkişafında da neqativ fəsadların formalaşmasına səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, bu istiqamətdə yarana bilən problemləri bir neçə  məzmunda qruplaşdırmaq olar:“Dollar və avronun sərbəst satışının qanuni şəkildə kifayət dərəcədə həyata  keçirilməməsi, bu prosesin qara bazara transferi, onsuz da bu sahədə mövcud olan ciddi beynəlxalq rəqabət şəraitində ölkənin rəqabət üstünlüklərinin artmasına xidmət etmir. Həmçinin ölkəyə daxil olan turistlər dolların və avronun əldə olunmasında problemlərin mövcudluğu barədə, sözsüz ki, məlumatlı olduqları üçün ölkəyə gələrkən, maksimum dərəcədə az həcmdə dollar və avronu manata çevirməyə çalışacaqlar. Bu da onların ölkəyə səyahətlərinin milli iqtisadiyyatımız üçün effektini minimuma endirə bilər”.
E.Məmmədov qeyd edib ki, turist axınının son aylarda artımına baxmayaraq, ölkənin bu sahədən əldə etdiyi gəlirlər hələ regional turizm mərkəzlərinə çevrilmiş ölkələrin turizmdən əldə etdiyi gəlirlərdən xeyli azdır: “Yəni beynəlxalq, o cümlədən regional turizm bazarları kifayət qədər formalaşmış bazarlardır. Formalaşmış bazarlara daxil olmaq isə yeni bazarlarda iştirakdan həmişə daha çətin olur. Bu baxımdan, bu formalaşmış  bazarda yeni iştirakçı olan Azərbaycan turizm sektoru üçün öz iştirakına milli valyutasının azad konvertasiya olunmasında olan problemlərlə başlamaq arzuolunmazdır. Ölkədə turizmin inkişafının prioritet istiqamət olması hökumət tərəfindən qəbul edilib. Bu, ilk növbədə bu sahənin ölkəyə valyuta axını baxımından perspektiv və nisbətən qısa müddətdə effekt verə bilən sahə olması ilə izah olunur.
Belə olan halda, yəni maliyyə sabitliyinin formalaşmasında, ölkədə aparıcı xarici valyutaların, dollar və avronun təklifinin artmasına və beləliklə, maliyyə sabitliyinə xidmət edən  bu sahənin inkişafına mane olmaqla, əslində valyuta satışında mövcud olan hazırkı problemlər dollar  və avronun ölkəyə axınının artımına maneçilik törədərək maliyyə bloku tərəfindən qoyulan əsas məqsədə, manata təzyiqin azalmasına xidmət etmir”.
Previous Post

Turistlərin dollar problemi ciddiləşir

Next Post

Habil Əliyevsiz bir il: `Ə, Surxay, dur rədd ol bayıra!`

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Habil Əliyevsiz bir il: `Ə, Surxay, dur rədd ol bayıra!`

Habil Əliyevsiz bir il: `Ə, Surxay, dur rədd ol bayıra!`

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.