Tunis Fransanın cənubundakı Marsel şəhərində öz vətəndaşlarından birinin fransız polisi tərəfindən öldürülməsindən sonra Paris administrasiyasına etiraz notası təqdim edib.
Elchi.az xəbər verir ki, Tunis Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək Abdelkader Dhibinin sentyabrın 2-də Marseldə polis tərəfindən öldürüldüyünü açıqlayıb.
Bəyanatda Fransanın Tunisdəki səfirliyinin müvəqqəti işlər vəkilinin prezident Kays Səidin göstərişi ilə Xarici İşlər Nazirliyinə çağırıldığı və ona sərt etirazın çatdırıldığı vurğulanıb.
Bəyanatda qeyd olunub ki, müvəqqəti işlər vəkilindən “Tunis hadisəni ədalətsiz qətl hesab edir və Fransa rəsmilərindən tez və qətiyyətli araşdırma aparmasını gözləyir” sözlərini səlahiyyətlilərə çatdırması istənilib.
Hadisənin təfərrüatları ilə bağlı heç bir rəsmi açıqlama verilməsə də, Fransa mediası bildirir ki, Dhibi sentyabrın 2-də Marselin mərkəzində beş nəfəri bıçaqladıqdan sonra Fransız polisi tərəfindən öldürülüb. Xəbərlərdə Fransada qanuni olaraq yaşayan tunisli gəncin bazarda bəzi insanlarla mübahisə etdiyi, gənclər tərəfindən təqib edildiyi və köhnə liman bölgəsində polis tərəfindən güllələndiyi bildirilir. Fransa Baş Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb və onu “qəsdən adam öldürməyə cəhd” və “polis məmurunu qəsdən öldürməyə cəhd” maddələri ilə ittiham edib. Polisin müdaxiləsi ilə əlaqədar iddia faylı da Təhlükəsizlik Ümumi Müdirliyinə sövq edildi.
Şayəstə Hüseynova






















Son şərhlər