İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Hörmüz boğazından keçən gəmilərdən göstərilən xidmətlərə görə rüsumların tutulacağını nəzərdə tutan bəndi təsdiqləyib.
Elchi.az xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Qaşqavi dünən keçirilən komissiya iclasında “Hörmüz boğazının təhlükəsizliyinin və inkişafının təmin edilməsi üçün Strateji Fəaliyyət Planı” adlı qanun layihəsinin müzakirələrinin davam etdiyini açıqlayıb. İran mediası xəbər verir ki, Qaşqavi əvvəlki iclasda təxirə salınmış 3-cü maddənin təsdiqini elan edib. Maddədə dəniz nəqliyyatı, ətraf mühit, xüsusi hallarda yanacaq təchizatı, sığorta, təhlükəsizlik və Hörmüz boğazında göstərilən digər xidmətlərlə bağlı xidmətlərə görə rüsumların tutulacağı bildirilir.
Hörmüz boğazından keçməsinə icazə verilən ölkələrin gəmilərindən rüsumların İran rialı və ya Tehranın müəyyən etdiyi digər valyuta ilə toplanacağını qeyd edən Kaşkavi bildirib ki, “Qanun layihəsi Hörmüz boğazı ilə həmsərhəd olan ölkələrin hüquqlarına diqqət yetirir. Layihədə beynəlxalq hüquq və qaydalar çərçivəsində dəniz naviqasiyası azadlığının tanınması, eləcə də sahil dövlətlərinin təhlükəsizliyinə və suverenliyinə hörmət və bu hüquqların pozulmasının qarşısının alınması vurğulanır”.
Kaşkavi əlavə edib ki, Hörmüz boğazı və Fars körfəzinin özünəməxsus qaydaları və şərtləri var və Oman 1982-ci il Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ haqqında Konvensiyasını ratifikasiya etdikdən dərhal sonra siyasi bəyannamə verib və bu konvensiyanın müddəalarının ölkənin milli suverenliyini və milli təhlükəsizliyini pozmamalı olduğunu vurğulayıb.
Şayəstə





















