"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Tunc mələk haqqında ballada

31 İyul 2014 - 08:35
in KÖŞƏ YAZILARI
FacebookVatsap

İbrahim RÜSTƏMOV                                                                                      

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

image_1405600920_1405601100dfsdfds

 

Söz də insan kimidi, – görən gözü, eşidən qulağı, danışan dili, yeriyən ayağı var…

Zamanı sındıran, zamana zor gələn, onun dizini qatlayıb, kürəyini yerə vuran yeganə ilahi qüdrət də Sözdü…

Nə zaman tanıyar, nə də məkan…

Məkanın, zamanın tanınmadığı yerdə Sözün qüdrəti də Söz sahibindən gələr…

Mən Tolstoyla, Dostoyevski ilə, Kamyu, Yesenin, Kafka, Pasternak, Platonov, Kutze, Nahib Məhfuz, nə bilim daha kimlərlə yol yoldaşı olmuş adamam. Aramızda duz-çörək Halallığı var…

Bu Halallıq dünyanını hər yerində tanınan ilahi Söz kimi qüdrətlidi, ilahi Söz kimi toxunulmazdı…

Bu Halallıq zaman-zaman məni neçə-neçə dostlarımdan ayrı salan, onları məndən, məni də onlardan küsdürən ən qəddar, ən amansız düşmənimdi…

Mənə neçə-neçə arxa-dayaq, qardaş bəxş edən, təkliyimi, tənhalığımı unutduran, gündüzlər Günəşim, gecələr Ayım, Ulduzum olanım da elə bu Hallallıqdı…

Səsini eşitmədiyin, üzünü görmədiyin, hətta çox vaxt dili, dini ayrı adamlarla səni yüz verst, min verst uzaqlardan elə doğmalaşdırır, elə yaxınlaşdırır ki, əsl Dostluğun, əsl Qardaşlığın, əsl İnsanlığın nuruna bələnirsən; əsl Dostluğun, əsl Qardaşlığın, əsl İnsanlığın nurundan doğulursan…

Dünyaya əsl Sözdən gəlirsən…

Həyatın kin-küdurət, nifrət-qəzəb dolu bütün xırdalıqlarını, insanların riyakarlığını, ikiüzlüyünü, xainliyini, xüdbinliyini büsbütün unudursan…

Sümsük it kimi Sözün arxasınca sülənən, Sözü çörək ağacına çevirən, onun-bunun böyür başında quyruq bulaya-bulaya ancaq yetərsay üçün qanqallanan adamlar heç ağlına belə gəlmir…

Bu, əsl Sözün möcüzəsidi…

Dünyanın ən böyük möcüzəsidi əsl Söz…

Ömrünün ən ağır, ən çətin məqamlarında Ona İman gətirənlər öz inanclarının aliliyi, möhtəşəmliyi qarşısında südəmər körpəyə çevrilirlər…

Bu İnanc öz qarşısında diz çökmüş insanı ayağa qaldırır, yenidən həyatın işığına – Günəşinə, Ayına, Ulduzuna tanıdır; O böyük Yaradanla, o böyük Yaradanın ən ali möcüzəsilə – Haqqla, Ədalətlə, Sözlə görüşdürür…

İnsanı Haqqa, Ədalətə, Sözə inandırır…

İnsanı Haqqa, Ədalətə, Sözə inandıra-inandıra Haqqa, Ədalətə, Sözə tapındırır… 

Bundan böyük möcüzə, bundan böyük Həqiqət varmı…

Bu yazdıqlarımın hamısı həyatda bir dəfə də olsun üzünü görmədiyim, səsini eşitmədiyim, ancaq bəlkə də indicə, bu saat, bu an dünyanın ən sakit guşəsinə qapılıb öz obrazını uca dağ kimi, sal qaya kimi öz əlilə yonan Tunc Mələk haqqındadı…

Mən öz emosiyalarımın diqtəsinə inanıram…

İnanmayanlar Sözümün səmimiliyinə güvənə bilərlər. Boğazdan yuxarı danışmaqla, nəyinsə xatirinə kimlərəsə yarınmaqla zərrə-zərrə xırdalanmaq sonradan elə asanlıqla adi həyat normasına, adətə çevrilir ki, özünü Kafkanın soxulcana dönmüş bədbəxt qəhrəmanından da betər hiss edirsən…

O üzdən hər şeyə riyakar bir şübhəylə yanaşmağı öz həyat prinsipinə çevirənləri yeni bir məkana – yazıçı Vahid MƏMMƏDLİnin adidən-adi, sadədən-sadə dünyasına dəvət edirəm…

Onu çox ölkələrdə, Rusiyada, İngiltərədə, Türkiyədə, Fransada, Avstriyada, Almaniyada, Çexiyada, Yunanıstanda, Hindistanda, Misirdə… yaxşı tanıyırlar…

Siz də tanıyın…

Bu tanışlıq yaddaşınızda qatarların aramsız taqqıltısına, fit səsinə bələnmiş yollarla (“Mən qatarları sevirəm”), adi bir dağ kəndinin qırmızı böyürtikənlərilə (“Qırmızı böyürtikən”), həyatın əsl simasının kətan üzərindəki əksilə (“Mavi rəngli kostyum”), yad bir şəhərdə “Pakizə!!! Pakizə!!!” deyə fəryad qoparan Qarabala ilə (“Milanda ölüm”) …. qalacaq.

Onun qələm məhsulları – “Atropatena dastanı”, “Cəllad tələsməyi sevmir”, “Fransız xanımın yuxusu”, “Buddanın qayıdışı”, “Bakı – 2031”, “Müqəddəs Məryəm ananın Efesə köç etməsi”, “Heksogenli yol yoldaşı”, “Eksmo”… bütün bunlar həyatınıza yeni rəng qatacaq, Sizi indiyədək tanımadıgınız, görmədiyiniz yeni bir dünya ilə tanış edəcək.

Vahid Məmmədlinin hər yeni əsəri onun bədii təxəyyülünün genişliyindən, xarakterinin zənginliyindən, bir sözlə, tükənməz yaradıcılıq axtarışlarından, fədakarlığından xəbər verir.

O, hər bir əsərilə fərqlənir…

O, hər bir əsərilə fərqli bir ömür yaşayır…

O, hər bir əsərilə yadda qalır…

Çünki o, hər bir əsərilə əsl novotordur, yenilikçidir…

Elə təkcə “Atropatena dastanı”nı oxuyanlar bunu məndən də yaxşı bilirlər. İnandırıcı magiyalarla, yeni fantastika və nağıl qəhrəmanları ilə, məcara, detektiv, döyüş və məhəbbət səhnələrilə tariximizin Albaniya və Atropatena kimi qədim dövrünə güzgü tutmaq, samballı bir epos, trilogiya yaratmaq əsl yazıçı qəhrəmanlığı deyilsə, bəs nədir. Çağdaş ədəbiyyatımızda fentezi janrının tələblərinə cavab verən belə bir əsərə müəlliflik edən ikinci bir qələm sahibi tapmaq çox çətindir…

Bu əsərlərin böyüklüyü, oxunaqlığı onların sadəliyindədi. Hadisələrin səmimi və inandırıcı nəqli, real həyatı olduğu kimi, bəzəksiz-düzəksiz ağ varaqların üzərində əks etdirir. Süni manevrlər, yalançı söz oyunu, hadisələri nəyinsə xatirinə saqqız kimi çeynəyə-çeynəyə uzatmaq, nəhayət, oxucuya özünü agıllı göstərmək yazıçıya yaddı. Çünki oxucu ona doğmadı. Bu mənada sözün gücü-qüdrəti də məhz söz sahibinin özündən gəlir… 

Qarşılıqlı səmimiyyətin, etibarlı ünsiyyətin əsl meyarı Vahid Məmmədlinin oxucuya dərin hörmətindən qaynaqlanır. Bu zaman o, sanki mərmər üzərində öz qəhrəmanlarının çılğın obrazını, onların daxili dünyasını, hiss və həyacanını yonan fədakar heykəltaraş obrazında çıxış edir. Və öz işinə o qədər dərindən aludə olur ki, oxucularının bunu necə qarşılayacağını yadına belə salmır. Elə əsl əsərlər də məhz belə yaranır. Elə yazıçının özgürlüyü, fərqliliyi də məhz bundadır…

O öz oxucusuna İnam, Dözüm, Səbr, Sədaqət, Mərdlik kimi ali insani keyfiyyətləri aşılayır, ən çətin vəziyyətdə çıxış yolu göstərir və bütün məqamlarda öz məqsədinə ustalıqla nail olur…

Əsərlərinin nüvəsindəki həyatilik o qədər səmimi, o qədər inandırıcıdır ki, oxucunu istər-istəməz düşünməyə vadar edir, həyatın dərinliklərinə aparır.

Postmodernist, sürrealist süjetlər də adı çəkilən müəllifə yad deyil. Onun dərin analitik düşüncə tərzi, xidməti işilə yaradıcılığı arasında etibarlı bir körpü rolunu oynayır. Bu körpüyə qədəm basanlar öz qarşılarında həm istedadlı bir yazıçı, həm də ehtiraslı bir fırça ustasını görürlər.

…Siz onun yanından ilk dəfə bəlkə də etinasız, soyuq tərzdə keçib gedirsiniz. Amma sonradan Vahid Məmmədli imzası ilə yaxından tanış olanda, üz-üzə dayandığınız sənət əsərindəki öz obrazınızı görər-görməz yenidən ehtirasla o körpüyə qədəm basmaq istəyirsiniz…

Yenidən Vahid Məmmədli ilə üz-üzə gəlmək, Vahid Məmmədli ilə görüşmək üçün…
(Aktual.az)




AzNews.az 

Previous Post

Tunc mələk haqqında ballada

Next Post

Leyla Yunusun qızı BMT və demokratik ölkələrə müraciət etdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Leyla Yunusun qızı BMT və demokratik ölkələrə müraciət etdi

Leyla Yunusun qızı BMT və demokratik ölkələrə müraciət etdi

Son xəbərlər

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 - 00:00
NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq

NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq

21 İyul 2026 - 23:36
İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

21 İyul 2026 - 23:34
Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

21 İyul 2026 - 23:32
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

21 İyul 2026 - 23:31
Qayanada gəmi qəzasında boğulan 41 nəfərin meyiti tapılıb

Qayanada gəmi qəzasında boğulan 41 nəfərin meyiti tapılıb

21 İyul 2026 - 23:27
Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

21 İyul 2026 - 20:59
Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

21 İyul 2026 - 20:57
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

21 İyul 2026 - 20:55
Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

21 İyul 2026 - 20:53
“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

21 İyul 2026 - 20:51
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

21 İyul 2026 - 20:49
Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

21 İyul 2026 - 20:46
Bakıda daha bir küçə təmirə bağlanır

Bakıda daha bir küçə təmirə bağlanır

21 İyul 2026 - 19:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.