Rusiyanın neft kəməri operatoru Transneft, Almaniya və Polşadan 2023-cü ilə qədər neft daşınması üçün müraciətlər aldığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Transeft” şirkətinin prezidenti Nikolay Tokarev Rusiyanın “Rossiya 24” dövlət kanalına açıqlamasında Avropanın yanvarın 1-dən etibarən Rusiyadan neft almamaq qərarına gəldiyini bildirib.
Sözügedən qərara baxmayaraq Rusiya neftinə tələbatın davam etdiyinə diqqət çəkən Tokarev, “Gələn il üçün Polşa istehlakçılarından 3 milyon ton neft tələbi aldıq. Almaniya da birinci rüb üçün müraciət etdi” dedi.
Dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
G7 və Aİ ölkələri də dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyur.
Polşa və Almaniya rəsmiləri də Rusiya neftinin idxalını tamamilə dayandırmağı planlaşdırdıqlarını açıqlayıblar.
Şayəstə