"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Trampın Rusiyaya nüvə şərti hər kəsi çaşbaş salıb

17 Yanvar 2017 - 14:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Trampın Rusiyaya nüvə şərti hər kəsi çaşbaş salıbRuslar isə yeni prezidentin cığallığa başladığını düşünür

ABŞ-ın gələcək prezidenti Donald Tramp ilk dəfə prezident seçildikdən sonra Almaniyanın “Bild” qəzetinə müsahibə verib.
Trampın xaricə mediada birinci dəfə məhz alman qəzetini seçməsi təsadüfi deyil. Donald Tramp ABŞ-a köç edən alman mühacir ailəsində dünyaya gəlib. Lakin işin simvolik tərəfi bir yana. yeni prezident həmin müsahibədə həm Rusiyanı, həm Avropanı, həm də qalan dünyanı maraqlandıran bir sıra suallara cavab verib.
Trampın müsahibədə səsləndirdiyi fikirlər Qərbin və Rusiyanın siysi icmalçılarının marağına səbəb olub.
Siyasi ekspertlər Trampın xüsusilə Rusiya ilə münasibətlərin düzəlməsi ilə bağlı nüvə arsenalının azaldılması şərtini irəli sürməsinə  diqqət çəkiblər.
Xatırladaq ki, Tramp Rusiya ilə anlaşmaları üçün Moskvanın nüvə arsenalını azaltmalı olduğunu irəli sürüb.
Bundan başqa, Trampın NATO-nu köhnəlmiş təşkilat adlandırması ayrıca müzakirə mövzusu olub.
Qərb mətbuatı onun Britaniyanın Avropa Birliyindən çıxmaq qərarına dəstək dolu sözlərini də xüsusi müşahidə altında tutub.
“Le Monde” qəzetinn yazarı Silviya Kaufman Donlad Trampın prezidentlyinin indidən hər kəs üçün məchul qalacağını bildirib.
“Donlad Tramp prezident olan kimi “əsl lider” və çox ağıllı adam” olan Vladimir Putinlə məhsuldar dialoq quracağını söz vermişdi.
Lakin onun komandası Rusiya haqqında tam əks fikirlərə malikdir. Hətta Rusiyaya olduqca yaxın olduğu bilinən ABŞ-ın gələcək dövlət katibi Reks Tillerson da Moskvanın “təhdid törətdiyini” və NATO-dakı müttəfiqlərinin bundan çəkinmək üçün kifayət qədər əsasları olduğunu söyləyib.
ABŞ-ın gələcək müdafiə naziri Ceyms Mattis isə Putinin Şimali Atlantika təşkilatını məhv etmək istədiyini və müdafiə olunmaq üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”, – qəzet Tramp və onun administrasiyasından bir-birindən təzadlı məlumatlar gəldiyinə diqqəti cəlb edib.
Trampın nüvə silahlarının azaldılması ilə bağlı söylədikləri Rusiya ilə münasibətlərin düzəlməsi üçün etdiyi ilk konkret təklifdir”, – gazeta.ru yazır.
Qəzet Rusiya ilə strateji hücum silahlarının  məhdudlaşdırılması ilə bağlı son müqavilənin 2010-cu ildə imzalandığını xatırladır. Həmin müqaviləyə əsasən tərəflər nüvə başlıqlı raketlərini hərəyə 1500-ə qədər azaltmalı idilər.
Müqavilə Barak Obama administrasiyası tərəfindən Rusiya ilə münasibətlərin yenidən düzələcəyinin təminatı olaraq gözdən keçirilmişdi. Lakın sonrakı dövrələrdə “yenidən düzəltmə”ni heç yada salan olmadı”, – qəzet yazır.
Bundan başqa, orta və kiçik məsafəli raketlərin ləğvi haqqında 1987-ci ildə imzalan müqavilənin taleyi də məlum deyil. Tərəflər bir-birini daima bu müqavilənin şərtlərin pozmaqda ittiham edirlər. ABŞ-ı narahat edən Rusiyanın yeni RS-24 “Rubej” raketlərini öz arsenalına daxil etməsidir. Bu raketlərin 2 min km-dən 6 min km-dək uçuş məsafəsi mövcuddur. Moskva isə həmin raket komplekslərinin qitələrarası hədəflərə yönəldiyini, bu səbəbdən “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqındda müqavilənin qüvvəsi altına düşmədiyini iddia edir.
Hazırkı dövrdə Rusiya ABŞ-ı nüvə başlıqlı raketlərin sayına görə üstələyir.
“ABŞ arsenalında onların sayı 1367 olduğu halda Rusiyanın əlində bu cür 1796 raket mövcuddur”, -ABŞ Dövlət Departamentinin hesabatında deyilir.
Rusyadan isə Trampın söylədiklərinə tez və sərt reaksiya gəlib.
“Rusiyaya yönəlik sanksiyaların götürülməsi hər şeyin sonu demək deyil. Biz bunu Ağ Evin getməkdə olan komandasının pis mirası hesab edirik. Bu mirası isə həmin komanda ilə birlikdə tarixə göndərməyin vaxtıdır”, – Federasiya Şurasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Konstantin Kosaçev bəyan edib.
Onun fikrincə, iqtisadi sanksiyaların götürülməsi müqabilində Rusiyadan təhlükəsizlik məsələlərində güzəşt gözləməyin heç bir mənası yoxdur.
Rusiya Elmlər Akademisyasının Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun rəhbəri, akademik Aleksey Arbatov da siyasətçi ilə eyni fikridə olduğunu bildirib.
O, D.Trampın bəyanatını “improvizasiya” adlandırıb.
“Onu fantaziyaları heç bir hüdud tanımır”, – akademik söyləyərək nüvə tərksilahının sanksiyalarla heç bir bağlılığın olmadığını irəli sürüb.
Previous Post

Trampın Rusiyaya nüvə şərti hər kəsi çaşbaş salıb

Next Post

Sergey Lavrovun Dağlıq Qarabağ açıqlaması – Azərbaycanın suveren hüquqlarının pozulması – ŞƏRH

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Sergey Lavrovun Dağlıq Qarabağ açıqlaması - Azərbaycanın suveren hüquqlarının pozulması - ŞƏRH

Sergey Lavrovun Dağlıq Qarabağ açıqlaması - Azərbaycanın suveren hüquqlarının pozulması - ŞƏRH

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.