Trampdan yeni PROQNOZ: “Bayden Huverin taleyini yaşayacaq”

55

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Amerika iqtisadiyyatının gələcək inkişafı ilə bağlı proqnoz verib.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, onun fikrincə, ölkənin hazırkı lideri Cozef Bayden 1929-1933-cü illərdə ölkəyə rəhbərlik etmiş Herbert Huverin taleyini təkrar yaşayacaq.

“Bizi 1929-cu ildən daha pis Böyük Depressiya gözləyir. Mənim sözlərimin sübutu kimi banklarda artıq iflyasiyanın başladığını görə bilərsiz.

Xatırladaq ki, ABŞ-ın iki bankı – “Silicon Valley Bank” və “Signature Bank” müflis olub. ABŞ prezidenti Cozef Bayden bank sistemini xilas etmək üçün tədbirlərlə bağlı açıqlama verəcəyini vəd edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Vaşinqtonun daha çox təminatsız dollar çap edəcəyini və bununla da dünyadakı vəziyyəti pisləşdirəcəyini təklif edib.

Yeganə

Həmçinin oxuyun:

Zaxarova: “ABŞ bank sistemini xilas etməklə daha böyük problemlər yaradacaq”