Tramp xarici tələbə vizalarını 6 ay müddətinə dayandırıb

ABŞ prezidenti Donald Trampın Harvard Universiteti üçün xarici tələbə vizalarını dayandırdığı bildirilir.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Harvard Universitetinə xarici tələbə vizalarını 6 ay müddətinə dayandırıb. Qərar həm universitetə qəbul olunacaq yeni tələbələri, həm də mübadilə proqramlarında iştirak edəcək beynəlxalq tələbələri əhatə edir.
Ağ Ev prezidentin dünən yaydığı sərəncamda qərarın “milli təhlükəsizlik” səbəbi ilə verildiyini bildirib. Qərarda deyilirdi ki, “xarvarda xarici tələbələrin qəbulu ABŞ-ın maraqlarına xələl gətirir”.
Şayəstə Hüseynova