ABŞ prezidenti Donald Tramp Ukraynaya 15 il müddətinə uzadılma imkanı ilə təhlükəsizlik zəmanəti təklif edir, Ukrayna isə 30-50 il müddətinə zəmanət verir.
Elchi.az xəbər verir ki, bu barədə Volodimir Zelenski jurnalistlərə bildirib.
“Həqiqətən də, bu təklif edilən saziş daimi deyil. Sənəd 15 il müddətinə uzadılma imkanı ilə nəzərdə tutulub. Mən bu məsələni prezident qarşısında qaldırdım. Mən ona dedim ki, münaqişə 15 ilə yaxındır ki, davam edir. Ona görə də mən çox istərdim ki, zəmanətlər daha uzunmüddətli olsun.
Mən ona dedim ki, biz 30, 40 və ya 50 il müddətinə zəmanət imkanını nəzərdən keçirmək istərdik. Prezident bu barədə düşünəcəyini söylədi”, – deyə Zelenski bildirib.
Yeganə