ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp prezidentliyə namizədlik olmaq qərarına gələrsə, 103 milyon dollara nəzarəti itirəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, Tramp 103 milyonluq vəsaiti seçkidən sonra yaradılan “Amerikanı xilas et” siyasi fəaliyyət komitəsinin rəhbəri kimi idarə edir. ABŞ qanunlarına əsasən, seçkilərə qatılan kimi bu məbləğ onun üçün əlçatmaz olacaq.
Məlumata görə, ABŞ-ın sabiq prezidenti namizədliyini irəli sürdükdən sonra seçki komitəsinin işini təmin etmək üçün həmin vəsaitindən cəmi 5 min dollar götürə biləcək.
Qeyd edək ki, D.Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.