“Trampın sentyabrda Pakistana səfəri gözlənilir”.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Bundan əvvəl Pakistan hökuməti Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib. Pakistan hökuməti izah edib ki, bu qərar Ağ Ev rəhbərinin son Hind-Pakistan münaqişəsi zamanı diplomatik müdaxiləsini və fundamental rəhbərliyini tanımaq məqsədilə qəbul edilib.
Onlar vurğuladılar ki, Tramp böyük strateji uzaqgörənlik və görkəmli dövlət xadimliyi nümayiş etdirdi və bu, Yeni Dehli ilə İslamabad arasında gərginliyin azalmasına səbəb oldu.
Yeganə


















