ABŞ Prezidenti Donald Tramp Amerika prezidentlərinin öz tərtib etdiyi reytinq siyahısını yayımlayıb və özünü “Ən böyük” (Greatest) adlanan xüsusi kateqoriyaya daxil edib.
Elchi.az xəbər verir ki, o, bu təsviri 27 avqust tarixində “Truth Social” sosial şəbəkə platformasında paylaşıb.
Tramp “Ən böyük” kateqoriyasına yalnız öz portretini yerləşdirib. O, Corc Vaşinqton, Tomas Cefferson, Avraam Linkoln, Franklin Ruzvelt, Vudro Vilson və Endryu Ceksonu isə “Böyük” (Great) kateqoriyasına daxil edib.
ABŞ Prezidenti öz sələfləri Co Bayden və Barak Obamanı, eləcə də Uliss Qrant, Uorren Hardinq və Cimmi Karteri “Uğursuzlar” kateqoriyasına daxil etdi. Bundan əlavə, Tramp “Böyüklüyə yaxın”, “Orta” və “Ortadan aşağı” kateqoriyalarını da müəyyən etdi.
Yeganə





















