ABŞ prezidenti Donald Trampın şəklinin ABŞ-ın yaranmasının 250 illiyi münasibətilə 1 dollarlıq sikkə üzərində çap olunacağı bildirilib.
Elchi.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi gələn il ABŞ-ın müstəqilliyinin 250-ci ildönümünü qeyd etmək üçün prezident Donald Trampın təsviri olan bir dollarlıq sikkə istehsal etməyi planlaşdırdığını açıqlayıb.
Sikkənin dizayn layihəsinin bir tərəfində Trampın profili, digər tərəfində isə Trampın yumruqlarını sıxaraq Amerika bayrağının qarşısında “Müharibə, müharibə, müharibə” sözləri əks olunub.
Şayəstə Hüseynova





















