ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Ağ Evdə Milli Milad ağacının ənənəvi işıqlandırılması mərasimində iştirak ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Melaniya və mən bu gecə burada olan hər kəsə və ölkədəki bütün amerikalılara Milad bayramını təbrik etməkdən çox məmnunuq”,-deyə Tramp qeyd edib.
Bu mərasim yüz ildən artıqdır ki, ilk dəfə 1923-cü ildə prezident Kalvin Kulidc tərəfindən keçirilir. Ağacın özünün Virciniya ştatındakı Corc Vaşinqton-Cefferson Milli Meşəsindən gətirildiyi bildirilir.
Yeganə





















