“The Guardian” yazır ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı ittiham irəli sürüləcəyi təqdirdə məhkəmə zalına qandallı gəlmək istədiyini bildirib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Trampın sözlərinə görə, bu yolla o, dinləməni “tamaşa”ya çevirmək istəyir.
Daha əvvəl bildirilmişdi ki, Tramp Nyu-York prokurorluğunun ona kino ulduzu Stormi Danielsin susmasına görə ödənişlə bağlı ittiham irəli sürə bilməsindən öz xeyrinə istifadə etməyə çalışır.
Nəşrin məlumatına görə, siyasi xadimin komandası fəal şəkildə onun tərəfdarlarına elektron məktublar göndərərək, respublikaçıların yeni prezidentlik kampaniyası üçün ianə vermələrini xahiş edib.
Trampın tərəfdarlarına ünvanlanan məktublarda deyildiyi kimi, o, əmindir ki, əsl bəraət 2024-cü il seçkiləri günü, yəni Ağ Evi geri alacağı gün gələcək.
Yeganə