ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində bəyan edib ki, Birləşmiş Ştatlar İran limanlarına daxil olan və ya oradan çıxan gəmiləri bloklayacaq.
Elchi.az xəbər verir ki, Amerika liderinin sözlərinə görə, müvafiq tədbirlərin 13 aprel, Şərq vaxtı ilə saat 10:00-da qüvvəyə minməsi planlaşdırılır.
Bundan qısa müddət əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın tam dəniz blokadasını tətbiq etmək niyyətində olduğunu açıqlayıb. CENTCOM vurğulayıb ki, bu tədbirlər dövlət mənsubiyyətindən asılı olmayaraq, İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə şamil ediləcək.
Məryəm





















