ABŞ prezidenti Donald Tramp İranda müharibənin tezliklə bitəcəyini deyib.
Elchi.az xəbər verir ki, Tramp bu barədə Nevada ştatının Las-Veqas şəhərində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Ola bilsin ki, çox yaxşı getdiyimizi görmüsünüz və sizə deyim ki, İranla müharibə sürətlə gedir. Biz istədiyimizi edə bilərik. Tezliklə bitməlidir”, – Tramp deyib.
Tramp bəyan edib ki, İranla razılaşma əldə olunarsa, İslamabada səfər edə bilər. O, həmçinin bildirib ki, tərəflər hazırda saziş bağlamağa yaxındırlar.
Yeganə





















