ABŞ prezidenti Tramp Yaxın Şərqdəki bəzi ölkələrin İranla danışıqlarda razılığa gəlməyə yaxın olduğunu bildirib və əlavə edib: “Mən bunu bir müddət təxirə saldım; ümid edirəm ki, bu, əbədi olacaq, amma yəqin ki, yalnız bir müddətə”.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi tədbirdən sonra jurnalistlərin İran gündəliyi ilə bağlı suallarını cavablandırıb.
O bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər liderləri ona zəng edərək İranla danışıqlarda “razılığa yaxın olduqlarını” və İrana planlaşdırılan hücumu məhz buna görə təxirə saldıqlarını bildiriblər.
Tramp çərşənbə axşamı (19 may) üçün İrana yeni bir hücum planlaşdırdıqlarını bildirib və deyib: “Mən bunu bir müddət təxirə saldım; ümid edirəm ki, bu, əbədi olacaq, amma yəqin ki, yalnız bir müddətə. İranla çox əhatəli danışıqlar aparırıq və nə olacağını görəcəyik”. ABŞ prezidenti İranla danışıqların başa çatmaq üzrə olduğu üçün sözügedən üç ölkənin liderlərinin hücumlarda iki-üç gün təxirə salma tələb etdiklərini və buna razı olduğunu vurğulayıb.
Şayəstə





















