Tramp həbs olunacağını deyir

64

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı həbs olunacağını bildirib. Onun sözlərinə görə, belə bir qərar Manhettenin rayon prokurorluğunda qəbul edilib.

Elchi.az xəbər verir ki, Tramp Tvitterdə gözlənilən həbsi haqqında yazaraq, mahalın prokurorluğunu yüksək korrupsiyaya uğramış adlandırıb.

Tramp həmçinin Amerika xalqını etiraza çağırıb.

Bundan əvvəl Trampın porno ulduza susması üçün pul ödəməkdə ittiham olunmağa hazırlaşdığı bildirilirdi. Söhbət köhnə cinayət işindən gedir: pulun Trampın 2016-cı ildə uğurlu seçki kampaniyası zamanı ödənildiyi iddia edilir.

WNBC-nin məlumatına görə, məhkəmə də daxil olmaqla, beş hüquq-mühafizə orqanının nümayəndələri-prokurorluq, polis və FTB, lazım gələrsə, kimin məhkəməyə gətiriləcəyi ilə bağlı məsləhətləşmələr aparır.

Yeganə