NBC: Tramp fırıldaqçılıq işinə görə 454 milyon dollar ödəməlidir.
Elchi.az xəbər verir ki, Nyu York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı mülki dələduzluq işi üzrə 454 milyon dollar cərimə ödəməyə məcbur edib. Bu barədə NBC televiziyası məhkəmənin qərarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu məbləğə məhkəmə qərarından əvvəlki dövr üçün faizlər daxildir.
Ötən həftə, fevralın 16-da Nyu York məhkəməsi Donald Trampı dələduzluqda təqsirli bilib. Bildirilib ki, siyasətçi daha yaxşı tariflərlə kredit və sığorta əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıb. Sonra o, 355 milyon dollar cərimə ödəməli olub.
Trampın Nyu-York ştatında hər hansı şirkətdə rəhbər vəzifə tutması da qadağan edilib. Qadağa üç il davam edəcək. Bundan başqa, eks-prezident bundan sonra dövlət banklarından kredit tələb edə bilməyəcək.
Trampın iki oğlu Donald və Erik təqsirli bilinib və hər biri 4 milyon dollar ödəməlidir.\
Şayəstə Hüseynova