ABŞ prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktını imzalayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Trampın imzaladığı qanun rekord illik 901 milyard dollarlıq hərbi xərcləri nəzərdə tutur.
Ukraynaya gəlincə, sənəd Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarının alınmasını nəzərdə tutan Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində Ukraynaya 800 milyon dollar – 2026 və 2027-ci illərdə hər biri 400 milyon dollar – ayrılmasını nəzərdə tutur.
Bu, Trampın komandasının Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlar apardığı vaxta təsadüf edir.
Xatırladaq ki, Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ Ukraynaya dəstəyini azaldıb.
Hərbi sahədə NATO və ABŞ Avropa ölkələrinə Ukraynanın ehtiyacları üçün Amerika silahlarını maliyyələşdirməyə və almağa imkan verən PURL mexanizmini işə saldı.
Yeganə





















