Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik səbəbi ilə 12 ölkə vətəndaşlarının ABŞ-a səyahətinə qadağa qoyub.
Elchi.az xəbər verir ki, Ağ Evin bəyanatında deyilir ki, siyahı zamanla yenilənə bilər və “dünyada yaranan təhlükələr” əsasında yeni ölkələrin əlavə oluna bilər.
Bu, Trampın konkret ölkələrə ikinci səyahət qadağasıdır. İlk qadağa 2017-ci ildə onun prezident kimi ilk müddətində tətbiq edilib.
Qadağa hansı ölkələrə təsir edəcək?
Trampın fərmanına əsasən, aşağıdakı 12 ölkənin vətəndaşlarına ABŞ-a səyahət qadağan edilib:
Əfqanıstan
Myanma
Çad
Konqo Respublikası
Ekvatorial Qvineya
Eritreya
Haiti
İran
Liviya
Somali
Sudan
Yəmən
Bundan əlavə, aşağıdakı yeddi ölkənin vətəndaşları qismən səyahət məhdudiyyətləri ilə üzləşirlər:
Burundi
Kuba
Laos
Sierra Leone
Toqo
Türkmənistan
Venesuela
Yeni tədbirlər bazar ertəsi yerli vaxtla saat 12:01-də qüvvəyə minəcək. Bu dəfə hava limanlarında 2017-ci ildə olduğu kimi xaosun qarşısını almaq üçün əvvəlcədən keçid dövrü verilib.
Şayəstə Hüseynova