"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Tovuz Peşə Liseyində dövlətin yeyilən pulları

17 Fevral 2015 - 15:47
in SOSİAL
FacebookVatsap
Yeganə Əmrahovanın korrupsiya əməlləri davam edir

Tovuz Peşə LiseyiBu günlərdə redaksiyamıza Tovuz Peşə Liseyinin direktoru Yeganə Əmrahovanın öz fəaliyyətində yol verdiyi qanun pozuntularına dair yeni məlumatlar daxil olub. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz bu mövzuya müraciət edərək artıq bir neçə dəfə tənqidi materiallar dərc etmişik. Həmin materiallarda göstərilmişdi ki, Yeganə Əmrahova Tovuz Peşə Liseyinə bu müəssisənin əvvəlki direktoru Elcan Musayev tərəfindən müəllimə kimi gətirilmişdi. Bir müddət sonra isə Elcan müəllim özü liseydən gedərkən Yeganə Əmrahovanın direktor vəzifəsinə təyinatına nail ola bilmişdir. Məhz elə bu təyinat da liseyin fəaliyyətinə dərhal öz neqativ təsirini göstərib. Belə ki, Yeganə xanım direktor kürsüsünə əyləşdikdən sonra ilk növbədə liseydə həyata keçirilən pul yığımlarının intensivləşdirilməsinə dair müvafiq göstərişlər verib. Bu məqsədlə yeni direktor ilk növbədə liseydə qalıb işləmək istəyən müəllimlərə qarşı pul tələbləri irəli sürüb. Daha sonra məlumatlarda bildirilirdi ki, direktorun əsas qazanc mənbələrindən biri də dərsə gəlməyən şagirdlərin təqaüd kartlarıdır. Belə ki, Yeganə Əmrahova dərslərə gəlməmək müqabilində bir çox şagirdlərin təqaüd kartlarını özündə saxlayaraq onlara dövlət tərəfindən verilən aylıq 35 manatı mənimsəyir. Nəzərə alsaq ki, liseydə 16 qrupun hər birində 20 şagird əvəzinə 5-6 şagird gündəlik dərslərdə iştirak edir, Yeganə xanımın gəlirlərini hesablamaq çətin olmaz. Yeni aldığımız məlumatlardan birində isə məhz bu məqamla bağlı Tovuz Peşə Liseyində növbəti qarşıdurmanın əsası qoyulduğu bildirilir. Mənbə bildirir ki, liseydə dərs deyən müəllimə Aliyə Vəliyevə prinsipiallıq nümayiş etdirərək və bu xüsusda direktorun göstərişlərini pozaraq, dərsə gəlməyən şagirdlərin adlarını jurnalda qaiblə qeyd edir. Bu isə dərslərdən yayınmaq müqabilində Yeganə Əmrahova ilə müəyyən razılaşmaya gəlmiş şagirdlərin narazılıqlarına səbəb olur. Lakin direktor bu məsələ ilə bağlı ona müraciət edən şagirdləri xatircəm edə bilib. Mənbənin iddiasına görə, Yeganə Əmrahova həmin şagirdlərə bildirib ki, Aliyə Vəliyevə yol verdiyi “özbaşınalığa” görə ümumiyyətlə imtahan qəbul edən müəllimlər arasında olmayacaq. “Qaibli” şagirdlərin imtahan qiymətlərini isə direktor bilavasitə özü yazacaq.Ötən materiallarda biz belə bir məqamı da qeyd etmişdik ki, bu gün Tovuz Peşə Liseyinə pulla işə qəbul prosesi də “dinamikliyi” ilə diqqəti cəlb edir. Lakin son aldığımız məlumatlardan bəlli olur ki, bu prosedur Yeganə Əmrahova üçün bəzi yeni problemlərə də yol açıb. Bu xüsusda mənbələr bildirirlər ki, lisey direktorunun məhz “pullu əsaslarla” yeni işə götürdüyü bəzi müəllimələrlə artıq münaqişələri yaranıb. Belə ki, həmin xanım pedaqoqlar işə qəbul olunarkən, Yeganə Əmrahova onlar üçün yeni qrupların yaradılacağını vəd edib. Lakin müəyyən olunmuş müddət artıq sona çatsa da, direktor öz vədinə əməl edə bilməyib. Yeni aldığımız məlumatlarda Yeganə xanımın artıq bu problemə də “çözüm tapdığı” göstərilir. Bildirilir ki, direktor işə yeni götürdüyü müəllimləri, onunla “eyni düşərgədə olmayan” pedaqoqların hesabına dərs saatları ilə təmin edir. Halbuki, dərs saatları kəsilən müəllimlərin sırasında Elmira Mehrəliyeva kimi şəhid ailələrinin nümayəndələri də var. Yeganə Əmrahova isə öz maxinasiyaları səbəbindən bu gün Elmira xanımı ayda 130 manat əmək haqqı ilə ailəsini dolandırmaq məcburiyyətində qoyub.Yeni aldığımız məlumatlarda lisey direktorunun bu yaxınlarda Təhsil Nazirliyinə çağırılmasının nəticələrinə dair bəzi açıqlamalar da yer alıb. Məlum olub ki, nazirliyə liseyin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır və bu xüsusda Yeganə Əmrahovaya rəhbərlik tərəfindən ciddi xəbərdarlıq olunub. Bundan sonra rayona qayıdan direktor “tədrisin keyfiyyətinin yüksəldilməsi” istiqamətində bəzi addımlar atmaq, o cümlədən baş verənlərə görə kimlərisə “cəzalandırmaq” məcburiyyətində qalıb. Bu məqsədlə Yeganə Əmrahova öz yaxın rəfiqəsi və liseyin dərs hissə müdiri Şahnaz xanımı tutduğu vəzifədən azad edib. Lakin Şahnaz xanım bu gün də liseydə dərs deyir. Həm də maraqlıdır ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını Südçülük ixtisası üzrə bitirmiş bu xanım, Tovuz Peşə Liseyində şagirdlərə dülgərlik peşəsinin sirlərini öyrətməkdədir.Yeni aldığımız məlumatlarda toxunulan daha bir məqam da lisey direktorunun müavini Yaşar Məmmədovla bağlıdır. Bu xüsusda mənbə bildirir ki, öz hesabına qısamüddətli məzuniyyətə çıxmış Yaşar müəllimin dərsləri şagirdlər üçün fasilə saatlarına çevrilib. Lakin dərslərin keçirilməməsinə baxmayaraq, direktor həmin saatları da başqa bir müəllimin adına yazdırmaqla əmək haqqını özü alır. Həm də belə maxinasiyalar Yeganə Əmrahova üçün olduqca normal bir haldır. Belə ki, hələ Tovuz Peşə Liseyinə Elcan Musayevin rəhbərlik etdiyi vaxtlarda, Yeganə xanım düz beş il analıq məzuniyyətində olduğu halda bütün bu müddət ərzində aylıq maaşlarını da vaxtlı-vaxtında alırmış. Halbuki, ölkə qanunları ilə analıq məzuniyyətinin maksimal müddəti üç il həddində müəyyənləşdirilmişdir…

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Previous Post

Tovuz Peşə Liseyində dövlətin yeyilən pulları

Next Post

ABŞ dövlət katibinin müavini Bakıya gəlib

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

ABŞ dövlət katibinin müavini Bakıya gəlib

ABŞ dövlət katibinin müavini Bakıya gəlib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12
Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10
Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01
“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58
Peru “Amerika Qalxanı” alyansına qoşulub

Peru “Amerika Qalxanı” alyansına qoşulub

08 Sentyabr 2026 - 22:56
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.