“Tottenhem”in sabiq futbolçusu faciəvi hadisə nəticəsində ölüb

43

İngiltərənin “Tottenhem” komandasının sabiq futbolçusu Anton Uolks faciəvi hadisə nəticəsində ölüb.

Klubdan verilən məlumata görə, 26 yaşlı müdafiəçi qayıq qəzasında dünyasını dəyişib.

Son olaraq ABŞ-da “Şarlott” komandasının formasını geyinən ingiltərəli oyunçu Mayami yaxınlığında qəzaya uğrayıb.

Qeyd edək ki, Anton Uolks 2016 – 2018-ci illərdə “Tottenhem”in şərəfini qoruyub.