Tonqada 7,1 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edilib

47

Sakit okeanda ada ölkəsi olan Tonqa sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Elchi.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Geoloji Xidməti zəlzələnin episentrinin Neiafu şəhərindən təxminən 207 kilometr şərqdə olduğunu açıqlayıb.
7 bal 1 bal gücündə olan zəlzələ 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin episentrindən 300 kilometr radiusda yerləşən ərazidə sunami xəbərdarlığı edilib.
Britaniya Birliyinin üzvü olan 100 min əhalisi olan ölkə kiçik adalardan ibarətdir.

Şayəstə