Tokioda metronun yaxınlığında partlayış olub, 10 nəfər xəsarət alıb

Yaponiyanın Tokio şəhərinin Edoqava rayonunda tikinti meydançasında baş verən partlayış nəticəsində on nəfər yaralanıb.
Elchi.az NHK teleradio şirkətinə istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında Tokio metropoliteninin Kasai stansiyası yaxınlığındakı yaşayış rayonunda baş verib.
Yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğın təxminən 90 dəqiqə ərzində lokallaşdırılıb.
Qeyd olunur ki, xəsarət alanlar arasında 20-70 yaşarası yerli sakinlər və fəhlələr var.
Şahidlər ardıcıl beşə yaxın partlayış səsi eşitdiklərini bildirirlər.