Tokioda əsas İstehlak Qiymətləri İndeksi (CPI) 2023-cü ilin yanvar ayında enerji və xammal xərclərinin artmasının ardından əvvəlki ilə nisbətən yüzdə 4,3 artıb.
Elchi.az xəbər verir ki, dəyişən təzə qida məhsulları istisna olmaqla, Yaponiyanın paytaxtı Tokioda inflyasiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatlarına görə, 17 aydır ki, artmaqdadır.
Artan enerji və xammal xərclərinin təsiri ilə paytaxt Tokioda əsas CPI 2022-ci ilin yanvarına nisbətən 2023-cü ilin yanvarında 4,3 faiz artıb.
Bu nisbət, istehlak vergisi artımlarının təsiri istisna olmaqla, 1981-ci ildən bəri Tokio bölgəsində ən yüksək inflyasiya olaraq qeyd edilib.
2023-cü ilin yanvar ayı üçün açıqlanan məlumatlara görə, Tokioda ərzaq qiymətləri 7,4 faiz, şəhərlərdə qaz qiymətləri 39,7 faiz, elektrik enerjisi qiymətləri isə 26 faiz artıb.
İnflyasiyanın artmasının səbəbləri enerji və xammal xərclərinin artması və yapon yeninin valyuta məzənnələrinə nisbətdə fasilələrlə ucuzlaşmasıdır.
Şayəstə