Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev 29 Oktyabr Respublika Günü münasibətilə prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Elchi.az xəbər verir ki, Qazaxıstan Rəyasət Heyətindən verilən açıqlamaya görə, prezident Kasım Cömert Tokayev 29 Oktyabr Respublika Günü münasibətilə prezident Ərdoğana təbrik məktubu göndərib. Mesajında prezident Ərdoğanı və Türkiyə xalqını təbrik edən Tokayev, “Şübhəsiz ki, bu tarixin ölkənizin tarixində mühüm yeri var” deyib.
Bu bayramın xalqın birliyini və həmrəyliyini təcəssüm etdirdiyini, özünəməxsus azadlıq və varlıq simvolu kimi xidmət etdiyini bildirən Tokayev, “Türkiyə hazırda nailiyyətləri bütün dünya birliyi tərəfindən tanınan qüdrətli və nüfuzlu dövlətə çevrilib” deyib.
Tokeyev bildirib ki, bütün bu nailiyyətlər prezident Ərdoğanın zəngin təcrübəsi, zəhməti və unikal şəxsi keyfiyyətləri sayəsində mümkün olub. Tokayev onu da bildirib ki, Ərdoğanın müdrik rəhbərliyi ilə Türkiyənin dünyada nüfuzunu gücləndirməyə davam edəcəyinə və türk xalqının rifahının daha da yüksələcəyinə əmindir.
Şayəstə