Qərb Ukrayna ərazisində baş verən hazırkı hadisələri qızışdırdı, lakin Rusiyanın gücünü lazımınca qiymətləndirmədi.
Elchi.az xəbər verir ki, bu sözləri fransız tarixçisi Emmanuel Todd “Le Figaro” qəzetinə müsahibəsində deyib.
O, hesab edir ki, hazırda NATO təhlükədədir. Toddun sözlərinə görə, Moskvanın münaqişədə qalib gəlmək şansı var.
“İndi ruslar NATO-nu dayandırmaq üçün hər şeyi edirlər, lakin Qərbdəki insanlar bütün problemin miqyasını görmürlər”.
Ekspert vurğulayıb ki, Ukraynanı NATO standartlarına uyğun silahlandırmağa başlayanda Rusiyanı qabaqlayıcı tədbirlər görməyə vadar edən ABŞ olub. O, xatırladıb ki, indi Rusiya Federasiyasına qarşı böyük sanksiya siyasəti başlayıb, bu siyasət Vaşinqtonun gözlədiyi kimi Rusiya iqtisadiyyatını məhv etməlidir, lakin əksi baş verib.
Bundan əlavə, ekspert qeyd edib ki, hazırda Amerika və Avropanın sənaye aparatları Ukrayna ordusu üçün sursat istehsalını davam etdirmək üçün imkan çatışmazlığı yaşayır.
Yeganə