"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Tibbi-sosial ekspertiza və reabilitasiya sistemi təkmilləşdirilir

27 Noyabr 2014 - 00:20
in MANŞET
FacebookVatsap

Noyabrın 26-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin 10419447_775799542479083_5006164384899228004_ntəkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirliyin fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib: “Aparılan işlərin nəticəsi kimi bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb”. Qeyd olunan dövrdə tibbi göstərişi olan əlillərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verildiyini qeyd edən S.Müslümov bildirib ki, bu müddətdə nazirliyin bərpa mərkəzlərində 6618 nəfərə bərpa-müalicə xidməti, 4042 nəfərə protez-ortopedik xidmət, o cümlədən 15 rayonda səyyar formada protez-ortopedik xidmət göstərilib. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa- müalicəsi təşkil olunub”.
Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının kəskin şəkildə azalaraq minimuma endiyini qeyd edən S.Müslümov səylərin əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasına yönəldiyini, artıq Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sisteminin yaradılaraq, funksional tələblərə uyğunluğunun yoxlanıldığını vurğulayıb: “Bu yeni sistem əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edəcək. Yəni Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) səhiyyə müəssisələrindən qəbulu bu sistem üzrə elektron qaydada yerinə yetiriləcək. Digər tərəfdən həmin sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb ki, TSEK-lər əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatları bu bazaya yerləşdirirlər. Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə ehtiyac qalmır. Çünki bu sistem aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunduğundan onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan elektron qaydada əldə edəcəklər. Bərpa mərkəzlərinin fəaliyyəti də əsasən elektron məlumat bazasındakı məlumatlar əsasında təşkil olunacaq. Eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri ilə elektron qaydada tanış ola və lazım gəldikdə əlillik müayinələri barədə elektron arayışlar əldə edə biləcəklər”.
Nazir tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının sistemdə işləmək imkanına malik olmaları üçün elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara yiyələnmələri üçün treninqlərə cəlb edildiklərini bildirib. “Bütün bu işlər əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin iş üsullarının müasir texnologiyalar əsasında təkmilləşdirilməsinə xidmət edir”-,deyə vurğulayan S.Müslümov nazirliyin bərpa-müalicə infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində görülən məqsədyönlü işlərə də toxunub: “Hazırda Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Respublika Əlillərin Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işləri aparılır. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, habelə Bakı şəhər Uşaq Bərpa Mərkəzində də əsaslı təmir işlərinə başlanılacaq. Təmir işləri başa çatdırıldıqdan bu müəssisələr müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunacaqlar”.
Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Nazir müavini vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamları əsasında bu ilin ötən dövründə əlilliyi olan şəxslərin sosial müdafiəsi daha da gücləndirilib. Eyni zamanda, 2014-cü ilədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatınının həyata keçirilməsi, nəqliyyat vasitəsinə tibbi göstərişin təyin olunması üçün müraciətlərin sayının da artmasına səbəb olub. Bununla belə, bu sahədə qanunvericiliyin tələblərinə ciddi riayət olunub və müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib. N.Məmmədov əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması sahəsində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, son aylarda Bakının Binəqədi rayonu üzrə 6 saylı , Sabunçu rayonu üzrə 4 saylı, Xəzər və Pirallahı rayonları üzrə 9 saylı, Gəncə şəhəri üzrə 25 saylı, Cəlilabad və Biləsuvar rayonları üzrə 30 saylı, Masallı və Yardımlı rayonları üzrə 31 saylı, Lənkəran, Astara, Lerik rayonları üzrə 32 saylı TSEK-ləri üçün müasir tələblərə uyğun iş şəraiti yaradılıb. Həmin TSEK-lər həmçinin əlillik müayinələrinin aparılması üçün müasir tibbi cihazlarla və məişət avadanlıqları ilə təmin ediliblər. Nazirliyin bütün regionlar üzrə TSEK-lərində belə şəraitin yaradılması üçün müvafiq işlər davam etdirilir.
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin, eləcə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. S.Abdullayev ölkəmizdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına uyğun olaraq aparılan işlərdən biri kimi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinin hazırlandığını və BMT-nin Əlillərin hüquqları üzrə Komitəsi tərəfindən bu layihəyə müsbət rəy verildiyini qeyd edib. O bildirib ki, layihə, eləcə də yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi ƏƏSMN-nin rəsmi saytında (www.mlspp.gov.az) ictimai müzakirəyə təqdim olunub.
İclasda ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov TSEK-lər tərəfindən keçirilmiş müayinələrin məlumatlarının Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminə işlənməsi barədə ətraflı məlumat verib. Şöbə müdiri bildirib ki, məlumatların işlənməsi ilə bağlı TSEK-lərin işçilərinə mütəxəssislər tərəfindən İnformasiya texnologiyaları və Əlillərin sosial müdafiəsi siyasəti şöbələrinin əməkdaşlarının iştirakı ilə müvafiq treninqlər keçirilib, onlara bu sistemdən istifadə bacarığı aşılanıb. Eyni zamanda İKT üzrə biliklərinin artırılması ilə bağlı tövsiyələr verilib. TSEK-lər tərəfindən bildirilən irad və təkliflər araşdırılıb və sistemin daha da təkmilləşdirilərək funksional imkanları genişləndirilib. Şöbə müdiri informasiya ehtiyatına toplanmış məlumatlar üzrə mövcud statistik göstəriciləri də diqqətə çatdırıb.
Tədbirdə görülən işlərin yekunları, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı informasiya sisteminin tətbiqi məsələləri və əlillik müayinələrinin nəticələrinə dair informasiyaların elektron məlumat bazasına daxil edilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən nöqsanlardan da söz açılıb, fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib. İclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Previous Post

Tibbi-sosial ekspertiza və reabilitasiya sistemi təkmilləşdirilir

Next Post

ABŞ-da fövqəladə vəziyyət elan olundu

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14

İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Next Post

ABŞ-da fövqəladə vəziyyət elan olundu

ABŞ-da fövqəladə vəziyyət elan olundu

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.