“Texnofest”in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir.
Elchi.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: “Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.
M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də “Texnofest”in təşkilində maraqlıdırlar.
Qeyd edək ki, “Texnofest” 2022-ci ildə Bakıda təşkil olunub. “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya...





















Son şərhlər