"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI

19 Dekabr 2018 - 17:12
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb.

“Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, “Space” televiziya kanalında yayımlanan “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli“dəb minibdir (dəb düşübdür/ hal və ya xüsusiyyət dəbə minibdir), “Bə (Bəs)”, “nətə:r (necə)”, “Azərbaycan dili gəlirsə (işlənirsə)”, “Xəbərlərə ayrılırıq (keçirik)”, “düppələmdüz (dümdüz// düpdüz)”, “Əşi (“A kişi” sözünün danışıqda işlənən ixtisar şəkli) xoş gəlməsinlər”, “Yaxşı, yazın üstündən ki, rədd olsun. (qaba söz, mədəni danışıqda işlənməsi münasib sayılmayan)” və s. kimi səhvlər edir.

“Qarşı-qarşıya” verilişinin aparıcısı Vüqar Azəroğlu “hədiyyələrimiz olacağ” (təqdim olunacaq) və s. kimi səhvlər edir.

“Qarşı-qarşıya” verilişinin aparıcısı Elşad Yusubov “Xalçalar müdhiş (təmiz/tərtəmiz) olmalıdır”, “üç KAMAZ kubik (daş// kub daşı) daşımısan”, yünnərim (gün – dialekt, șivə danışıq tərzi) və s. kimi səhvlər edir.

“Banu” verilişinin aparıcısı Günel Həsənzadə “Bu günnəri (gün) sanılı dəyqələr (sayılı dəqiqələr) qalib. (dialekt, şivə danışıq tərzi)”, “nətər” (necə) və s. kimi səhvlər edir.

“Praym-şok” verilişinin aparıcısı Çingiz Əhmədov “Arabasına (maşınına)”, “hələm-hələm” , “əlbisə”, “balaca ifa elə (bir az)” və s. kimi səhvlər edir.

“Sevimli mahnı- deyişmə” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu “İlk ifanı kimdən alacıyıx (dinləyəcəyik)”, “ad günüdür (doğum günüdür)” və s. kimi səhvlər edir.

“Hər səhər” verilişinin aparıcısı Anar Vaqifoğlu (Orucov) “rəngarəng (maraqlı//sevilən//dəyərli) qonağlarla təmas yaratmaq (ünsiyyətdə olmaq)”, “indiyiski (hindsayağı)”, “çaşkaları (fincanları)”, “şapitdər (çəkələk)”, “lumunu (limonu)” və s. kimi səhvlər edir.

“Çarə” verilişinin aparıcısı Fikrət Musayev “Büyün (Bu gün)”, “dayaq-oynağ (dayaqhərəkət olmalıdır)” və s. kimi səhvlər edir.

“ATV” televiziya kanalında yayımlanan “10-dan sonra” verilişinin aparıcısı Əkbər Əlizadənin nitqində işlənən “Beş yaşında məni apardılar qarmona yazdırmağa” cümləsində nitqin dəqiqliyi pozulub, cümlə “Beş yaşında məni qarmonda çalmağı/ifa etməyi öyrənməyə apardılar”- formasında olmalı idi. “Bu görüntülər Gürcüstanda qeydə (lentə) alınıb” cümləsində isə söz mənasına uyğun işlənməyib. Həmçinin nitqində “gətirilən o yeni elementlər, bir ba:laca, bizim gözümüzü vurur (təhriflər gözümüzə dəyir) ”, “Bax e, döşəyləri (döşəkçələri) də götürüb qoyublar” və s. kimi səhvlər edir.

“Həkimsən” verilişinin aparıcısı İlhamə Bədəlovanın nitqində işlənən “Bir tamaşaçı var, Ərtoğrul doktor, icazənizlə telefon alım(icazənizlə telefon zənginə cavab verim.)”- cümləsində nitqin dəqiqliyi pozulub. Aparıcı “Hər zaman təqibdə saxlayn özünüzü. (Hər zaman səhhətinizi nəzarətdə saxlayın.)”, “özətliyim” (məlumat verim) , “çocuğu” (uşağı), “əmzirib” (əmizdirib), “hiç” (heç) və s. kimi səhvlər edir.

“5 gəlin” verilişinin aparıcısı Mətanət Əliverdiyeva danışığında “Mən də sevirəm yumurtanı. İstəyir qayqanağ, istiyir suda bişmiş, istəyir, nə bilim, qlazok (gözcük), istəyir amlet, yəni müxtəlif növlərdə biz yumurtadan yeməklər hazırlıya bilərik”, “işə mane olmamaq şərtilə (üçün) mən sizi tərk edirəm”, “bir kepka (günlük) qoyur başına”, “Deməli belə, göyərtilərdən buna yalnız cəfəri gedəcək (qatılacaq//doğranacaq// əlavə ediləcək)”, “Qışda da öz zövqü var, yayda da öz zövqü (ləzzəti) var samavar çayının. (sözün mənasına uyğun işlənməməsi)”, “Herba Flora bizi düşünərəy komponentləşdirilir (komplektləşdirilir)” və s. kimi səhvlər edir.

“Salamlar” verilişinin aparıcısı İslam Mehrəliyev “O boji boji, mama, gəl gedəy ÇUMA”, “ çıqqıdı, çıqqıdı” və s. kimi səhvlər edir.

“Zaurla Günaydın” verilişinin aparıcısı Zaur Baxşəliyev “Evimiz nətə:rdi (necədi)”, “Uşaqlar, iqra (oyun) oynayarıq”, “Dünyanın ən krasavçik (gözəl/göyçək/yaraşıqlı)”, “Zvanokunuz (Zənginiz) xarab olmuyufdu ki?”, “sizin kafanızın (başınızın)” və s. kimi səhvlər edir.

“Ana-bala” verilişinin aparıcısı Dr. Aytən İsmayılzadə “Əsasən də, Türkiyə laboratoriyalarında da edilir bu food (qida) testlər. Bir 220 daha üzəri (artıq) qidalara qarşı bədənin tolerantligini (dözümlülüyünü) göstərən….” və s. kimi səhvlər edir.

“Bağ mövsümü” verilişinin aparıcısı Murad Əzimzadə “Belə üzə düşmüş kimi demirəm (üzünə demək olmasin) (qondarma ifadə)” və s. kimi səhvlər edir.

“Zərif qəhrəman” verilişinin aparıcısı Fatma Bağırova qatqısı (xeyri), verə (edə) biləcəyimiz kömək və s. kimi səhvlər edir.

“Çimərlik voleybolu” verilişinin aparıcısı şərhçi Sənan Şəfizadə “rahatlığla (Zərbə ilə) Nurkan topu oyuna daxil edir”. “İkinci tur həmən (dərhal) başlasın” və s. kimi səhvlər edir.

“İTV” televiziya kanalında yayımlanan “Din və Cəmiyyət” verilişinin aparıcısı Ceyhun Əliyev “hansısa dini düşüncəyə yön verməsi(üstünlük verməsi)” və s. kimi səhvlər edir.

“Çətin sınaq” verilişinin aparıcısı Çimnaz Ağakişiyeva, Pərvanə İsmayılova “günlərin bir günündə(birində)”, “keçmişə vida (əlvida) deyib”. və s. kimi səhvlər edir.

“Xəmsə” verilişinin aparıcısı Tural Dadaşov “Düzgün versiya var idi, Sumqayıt komandasından, ancaq risk gəlmədi (risk eləmədi). (söz kontekstə uyğun işlənməməsi)”, “ovçu mənalarına gəlir(uyğundur)” və s. kimi səhvlər edir.

“El sənəti” verilişinin aparıcısı Füzuli Bayat “daşoymacılığı(daşoyma) sənəti”, “ulaşmış (çatmış)” və s. kimi səhvlər edir.

“Yadigarlar” verilişinin aparıcısı Bəhruz Niftəliyev “ xanım müsafir” və s. kimi səhvlər edir.

“Film Media” verilişinin aparıcısı Turanə Allahverdiyeva prestijli (nüfuzlu) və s. kimi səhvlər edir.

“Xəzər” televiziya kanalında yayımlanan “Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyev “Şvetsariya (İsveçrə)”, “vaapşe (ümumiyyətlə)”, “onların üzərinə gəlməsi (sıxışdırması)”, “papa(Ata)”, “Çünki niyə (niyə görə)”, “gic-gic yazılar (mənasız)” və s. kimi səhvlər edir.

“Nuş olsun” verilişinin aparıcısı Ağakərim – “araxis ( yer fistığı)”, “setka(tor)”, “sağlam (faydalı) çörək”, “opara (buğlama) üsulu ilə”, 2çörək (xəmir; çörək yoğrulmur, xəmir yoğrulur) yoğurmaq”, “göyü(göyərti) sanballı (çox) qoyulur”, “mətbəxinizi daha peşəkar edin(rahat edin)” və s. kimi səhvlər edir.

“5 də 5” verilişinin aparıcısı Zaur Kamal “rahat (arxayın) şəkildə”, “keyfiyyətli məktəb arzuları(ləvazimatları)”, “keyfiyyətli şirkət(keyfiyyətli məhsulları ilə tanınan)” və s. kimi səhvlər edir.

“O başdannan” verilişinin aparıcısı Çiçək Vakkas “aşkım”, “prinsessam(şahzadəm)2, “krupnı(böyük məbləğdə)” və s. kimi səhvlər edir.

“O başdannan” verilişinin aparıcısı Müşfiq Şahverdi “alə”, “qaqa”, “yevro(avro)”, “şotuna(hesabına)”, “uje (artıq)”, “podarka-zad(hədiyyə)”, “məzə(məzəli)”, “zakaz(sifariş)”, “yalandan kimi(yalana oxşar)”, “yeridi getdi(çıxdı getdi)” və s. kimi səhvlər edir.

“Harmoniya” verilişinin aparıcısı Ülviyyə Allahverdiyeva “fit görünmək (formada olmaq)” və s. kimi səhvlər edir.

“Könül dünyamız” verilişinin aparıcısı Səyyarə Səyyaf “hər itirdiyimizdə bir az qalığımız qalır(parçamız/hissəmiz qalır)”, “sizi yerinizə alıram”, “sözü kəskin vurğulayandır(deyəndir)” və s. kimi səhvlər edir.

“Xəzər səhər” Həmid Herisçi verilişinin aparıcısı “Sualımız çox qətidir(dəqiqdir)”, “Səmimiyyət tələb eləyirik(gözləyirik)”, “xatirəsindədir(xatirindədir)” və s. kimi səhvlər edir.

“Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı “məndən çölü(studiyanın xarici)”, “sumka(çanta)”, “yürüyüş(gəzinti)”, “Uşaqlara pinə(tənə) etməyin” və s. kimi səhvlər edir.

“ARB” televiziya kanalında yayımlanan “Səhər-səhər” verilişinin aparıcısı Əli Mirəliyev “Sən öləsən, Qanın getdi (loru ifadə)”, “damar oxumaq”, “şot(hesab)”, “sən mazlama(ört-basdır etmə)” və s. kimi səhvlər edir.

“Səhər-səhər” verilişinin aparıcısı Elgiz Əkbər “qəşəng risk”, “Döşəyin gəlsin (loru ifadə)”, “mətbuatda çox böyük(geniş) yazıldı” və s. kimi səhvlər edir.

“Düz bazar” verilişinin aparıcısı Rövşanə Bektaşi “5 dənə (nəfər) kişi”, “povestka(çağırış vərəqi)”, “pıçıltını (qeybətini) danışırlar”, “xanım xatın bir şeydir(qadındır)”, “mamlı-matan(loru danışıq elementi)”, “mama(ana)”, “papa(ata)”, “neujelni(görəsən, yəni)”, “nə təhər(necə)”, “şortik məsələsi partladı(söz-söhbətə, müzakirələrə səbəb oldu)”, “tutan (bəyənilən) mahnı” və s. kimi səhvlər edir.

“Ev gördü” verilişinin aparıcısı Şaiq Ağayev “Ürəyim çıxır”, “provalar”, “şirinlik elədik(əlində tort gətirərkən deyir)”, “maraqlı gələr(olar)”, “yazıb-töküb” və s. kimi səhvlər edir.

“Pəncərə” verilişinin aparıcısı Rahil Sayadoğlu “həvəsdən düşməyin, bir az da güc verin, alınacaq sizdə” və s. kimi səhvlər edir.

“Çıxış yolu” verilişinin aparıcısı Afət Rahilqızı “qarantiya (zəmanət, təminat) vermirik”, “hər şey yaxşı düzələcək”, “sadə (sadəcə) təsəlli verirlər” və s. kimi səhvlər edir.

“Lider” televiziya kanalında yayımlanan “Təmir menyusu” verilişinin aparıcısı Elçin Qorçuyev “təmir tam hazırdır(bitib)”, “mükəmməl yapışıb(boya yapışmaz yayılar, yaxılar)” və s. kimi səhvlər edir.

“Qum saatı” verilişinin aparıcısı Elçin Cahangirli “ləzginka verdi(səsləndirdi)”, “musiqiyə(söhbət mahnıdan gedir) qulaq asaq”, “bir azdan olacaq (gələcək) qonaqlarım” və s. kimi səhvlər edir.

“Adını sən söylə” verilişinin aparıcısı Səbuhi Zaman “musiqiçilərə təşəkkür edirik bizi müşahidə (müşayiət) etdiklərinə görə”, “Bunun böyük əsası(səbəbi)” və s. kimi səhvlər edir.

“Solo” Murad Arif “ sən qınaq səbəbi (obyekti) ola bilərsən”,”tutan (sevilən, bəyənilən) mahnı”, “gözlərim doldu (yaşardı)”, “həyatımızın bəlli bir mövsümü (mərhələsi)” və s. kimi səhvlər edir.

Previous Post

Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI

Next Post

Azercell gənclərə işlə bağlı yardımçı olur – FOTO

Bənzər yazılar

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi...

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Elchi.az...

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55

Fövqəladə Hallar Nazirliyi (FHN) gəncləri fövqəladə hallarda kömək etmək üçün könüllü proqramına çağırır. Elchi.az xəbər verir ki, təhsilindən asılı olmayaraq...

Next Post
Azercell gənclərə işlə bağlı yardımçı olur  – FOTO

Azercell gənclərə işlə bağlı yardımçı olur – FOTO

Azercell gənclərə işlə bağlı yardımçı olur  – FOTO

Azercell gənclərə işlə bağlı yardımçı olur – FOTO

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.