Dünən səhər İranın paytaxtı Tehrandakı Ərgüvan Ticarət Mərkəzində baş verən yanğında səkkiz nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyası Şəhriyar rayonundakı Ərgüvan Ticarət Mərkəzində baş verən yanğınla bağlı təfərrüatlar verib.
Məlumatda yanğın nəticəsində 8 nəfərin öldüyü, 36 nəfərin yaralandığı bildirilib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, lakin Şəhriyarın Baş və İnqilab Prokuroru hadisə ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb.
Şayəstə





















