İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 2015-ci il nüvə sazişi haqqında danışıb. O, rəsmi Tehranın beynəlxalq razılaşmaya sadiq qaldığını və rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlandırılan razılaşmanın uzadılması ilə bağlı Qərblə fikir ayrılıqlarını həll etmək üçün diplomatiyadan əl çəkmədiyini təsdiqləyib.
Elchi.az bu barədə İrna.ir-ə istinadən xəbər verir.
“Qarşıdurma 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada JCPOA-dan çıxması, İrana qarşı sanksiyaları bərpa etməsi və ona qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi ilə başlayıb”, – deyə iranlı nazir bildirib.
Abdullahiyan sanksiyaları birtərəfli və qeyri-qanuni adlandıraraq, qarşı tərəfin qərarlı olacağı təqdirdə İranın bütün tərəflərin öz öhdəliklərinə qayıtması təşəbbüsünü alqışlayacağını bildirib.
Yeganə