Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi sentyabrın 10-da Şəkidə keçiriləcək. APA-nın məlumatına görə, sentyabrın 11-də isə Şəkidə I Beynəlxalq Teatr Festivalı öz işinə başlayacaq. Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı nəzərdə tutulmuş festivalda Akademik Milli Dram Teatrı M. F. Axundzadənin “Lənkəran xanının vəziri”, Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar”, (“Müharibə”) tamaşası ilə çıxış edəcək.
Festivalda həmçinin bir sıra xarici ölkələrin teatr kollektivlərinin iştirakı da nəzərdə tutulub.