Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyirik.
Elchi.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omurəliyev deyib.
“Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – o bildirib.
TDT-nin baş katibi İran hakimiyyətini hücumu hərtərəfli araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü
Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...





















Son şərhlər