Tayvanı təsir edən Funq-vonq tayfunu səbəbindən daşqın və sürüşmə riski olan ərazilərdə yaşayan 8300-dən çox insan təxliyə edilib.
Elchi.az xəbər verir ki, Tayvan mediasının məlumatına görə, ölkənin şərq sahillərində güclü yağış və daşqınlara səbəb olan Funq-vonq tayfunu səbəbindən 8300-dən çox insan təxliyə edilib. Tayfun nəticəsində 51 nəfər xəsarət alıb, ən çox Yilan və Hualien bölgələri zərər çəkib.
Təxliyə edilənlər üçün müvəqqəti sığınacaqlar yaradılıb və səlahiyyətlilər daşqın və sürüşmə riski yüksək olan ərazilərdə ehtiyatlı olmağa çağırıblar.
Şayəstə





















