Tayvan Çinin ada ətrafında təşkil etdiyi son hərbi təlimləri pisləyib.
Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, mövzu ilə bağlı açıqlamada Tayvan boğazında və bölgədə sülh və sabitliyin həm Tayvan, həm də Çinin üzərinə düşdüyü qeyd edilib.
Ada ətrafında son hərbi təlimlərin pisləndiyi bəyanatda Tayvanın münaqişələri böyütməyəcəyi və qarşıdurmalara səbəb olmayacağı, həmçinin suverenlik və təhlükəsizliyin müdafiə ediləcəyi vurğulanıb.
Tayvan 28 Çin döyüş təyyarəsinin Tayvanın hava hücumundan müdafiə zonasına daxil olduğunu açıqlayıb.
Yeganə