Tayvanın xarici işlər naziri Cozef Vu bildirib ki, Rusiyanın Ukraynadakı münaqişədə ehtimal olunan qələbəsi Çini Tayvana qarşı təcavüzə təhrik edə bilər. Elchi.az xəbər verir ki, onun sözlərini “The New York Times” sitat gətirib.
“ABŞ-ın avtoritar təcavüzdən əziyyət çəkən ölkələrə dəstək vermək əzmi çox vacibdir” – deyən o, Pekinin Rusiya bunu edə bilər, biz də edə bilərik prinsipini rəhbər tutduğunu bildirib.
Diplomatın sözlərinə görə, Ukraynanın münaqişədə məğlubiyyəti avtoritar dövlətlərin qələbəsi kimi qiymətləndiriləcək, çünki Rusiya, Çin, Şimali Koreya və İran indi bir-birinə bağlıdır.
Havar Şəfiyeva