"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

TANAP layihəsinin 450 km-lik hissəsinin tikintisini “Akkord” həyata keçirəcək

25 Dekabr 2014 - 19:45
in İQTİSADİYYAT
FacebookVatsap

aa0a0a225c6dddd10a2281fd6f61d26e“Akkord” Korporasiyası “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək TANAP və TAP enerji layihələrinin tikintisi üzrə elan edilən tenderdə qalib gələn şirkətlər sırasına daxil olub.

Bunu da oxuyun

Bu günün valyuta məzənnələri

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

 

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, korporasiya prekvalifikasiya mərhələsini keçən 15 şirkət arasında yeganə Azərbaycan şirkəti olaraq qaliblərin sırasına qatılıb.

 

“Akkord”dan başqa, tenderdə Türkiyənin “Yüksel İnşaat A.Ş.” və İtaliyanın “SICIM S.p.A” şirkətləri də qalib olub.

 

Bu nəticəyə uyğun olaraq dekabrın 23-də Ankara şəhərində ortaqlığa daxil olan şirkətlərlə “TANAP Doğalqaz İletim A.Ş” şirkəti və SOCAR rəhbərliyi arasında müqavilə imzalanıb. “Akkord” tərəfindən müqaviləyə Korporasiyanın Baş direktoru Göksel Aybek, “Yüksel İnşaat”dan baş direktor Hakkı Suha Ünsal, “SICIM S.p.A”dan baş direktor Leonardo Qravina imza atıb.

 

Bu müqavilə TANAP layihəsi üzrə Türkiyə ərazisindən keçən 1850 kilometrlik boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik boru xəttinin ikinci lot üzrə 375-825 km-ləri əhatə edən 450 km-lik hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) “Sicim-Yüksel-Akkord” ortaqlığı tərəfindən tikintisini nəzərdə tutur. Xəttin tikintisi zamanı 56 düymlük, divar qalınlığı 19,45 mm-dən 28,01 mm-dək olan borulardan istifadə ediləcək.

 

Layihə üzrə “Akkord”un tikintisinə qoşulduğu 450 km-lik hissədə ümumilikdə, 1384 keçidin, o cümlədən 15-i böyük olmaqla 422 ədəd çay keçidinin, 14 ədəd əsas yol və dəmiryol keçidi, 14 blok sürgü stansiyası, 1 ədəd boru təmizləmə qurğusu və 1 ədəd zəlzələ keçidinin inşası həyata keçirilməlidir. Xətt üzrə 87 hidrostatik sınaq bölməsi olacaq.

 

Tenderin yekunlarına əsasən birinci lot üzrə kəmərin 375 km-lik hissəsinin (Ərdahan-Posof-Türkgözü-Ərzurum-Askala) inşasını “Fernas İnşaat A.Ş”, üçüncü lot üzrə 825-1334 km-ləri əhatə edən hissəsinin (Sivas-Yıldızeli-Əskişəhər-Seyidqazi) inşasını isə “TEKFEN İnşaat və Tesisat A.Ş” şirkətləri həyata keçirəcək.

 

Xatırladaq ki, “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutan TANAP (Trans Anadolu Təbii Qaz Boru Xətti) Türkiyə və Azərbaycanın enerji sahəsində uğurla həyata keçirdikləri ən mühüm layihələrdən olmaqla dünya enerji sektoru üçün də müstəsna rola malikdir. Layihə üzrə 2011-ci il dekabrın 26-da Anlaşma Memorandumu, 2012-ci il iyunun 26-da Hökumətlərarası saziş imzalanıb.

 

Layihə çərçivəsində ilkin qaz ixracına 2018-ci ildə başlanılması planlaşdırılır.TANAP-ın layihə dəyəri 10-11 mlrd. dollar həcmindədir. Başlanğıcda illik 16 mlrd. kubmetrlik ixrac tutumuna malik olacaq boru xəttinin mərhələli olaraq 24 milyard kubmetrə, daha sonra isə 31 mlrd. kubmetrə qədər genişləndirilməsi üçün imkanlar nəzərdə tutulub. Transardriatik boru xətti (TAP) layihəsinin tamamlanmasından sonra, təqribən 2020-ci ildə təbii qazın Avropaya çatdırılması planlaşdırılır.

Previous Post

TANAP layihəsinin 450 km-lik hissəsinin tikintisini “Akkord” həyata keçirəcək

Next Post

Prezident İlham Əliyev sərəncam imzalayıb

Bənzər yazılar

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

08 Sentyabr 2026 - 09:28

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, sentyabrın 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

08 Sentyabr 2026 - 09:16

Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti...

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12

Ötən ilin martından bu ilin fevralınadək ABŞ-nin ticari-iqtisadi və maliyyə blokadasının Kubaya vurduğu ziyan 8,83 milyard dolları ötüb. Elchi.az xəbər...

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib. Elchi.az  xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin...

Next Post

Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev sərəncam imzalayıb

Son xəbərlər

ATƏT-in sədri Azərbaycana gələcək

Küləkli havada 4 nəfər xəsarət alıb

08 Sentyabr 2026 - 10:50
Böyük Britaniya və İsrail arasında gərginlik artır

Böyük Britaniya və İsrail arasında gərginlik artır

08 Sentyabr 2026 - 10:42
İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

08 Sentyabr 2026 - 10:34
Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

08 Sentyabr 2026 - 10:26
Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

08 Sentyabr 2026 - 10:18
Ölkə ərazisində yağış yağır və güclü külək əsir – FAKTİKİ HAVA

Bakıya aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

08 Sentyabr 2026 - 10:09
FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

08 Sentyabr 2026 - 09:57
Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

08 Sentyabr 2026 - 09:44
Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

08 Sentyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

08 Sentyabr 2026 - 09:28
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

08 Sentyabr 2026 - 09:16
Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.