"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

TANAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb

24 Sentyabr 2017 - 11:33
in XƏBƏR LENTİ
FacebookVatsap

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisinə başlanılıb.

Bunu da oxuyun

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Elchi.az  AzərTAc-a istinadən xəbər verir ki, TANAP-ın Dardanel boğazından keçəcək 36 düymlük 19 kilometr uzunluğundakı dəniz hissəsinin tikintisinə start verilib. Boruları dənizin dibinə endirmək üçün xüsusi təchiz olunmuş gəmi artıq işlərə başlayıb.

TANAP-ın baş direktoru Saltuk Düzyol demişdi ki, avqustun əvvəlinə qoşa boru kəmərinin tikintisi layihə üzrə qrafikə uyğun davam edir. Asiya və Avropa qitələrində sahilboyu yerləşən tikinti meydançalarının və ofislərin inşası artıq başa çatıb. Həmçinin quruda boru kəməri üzrə marşrut xətti müəyyən olunub. Bundan başqa, Asiya və Avropa qitələrində sahilboyu xəndəklər qazılıb, dənizin 8-25 metr dərinliyində kanalın qazılması artıq yekunlaşıb.

Xatırladaq ki, TANAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir. TANAP üzrə avqustun əvvəlinə Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 1364 kilometr, Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün isə 440 uzunluğunda xəndək qazılıb. TANAP-ın tikintisi çərçivəsində ümumilikdə 1804 kilometr uzunluğunda xəndək qazılıb. Faza-0 üzrə 1346 kilometr, Faza-1 çərçivəsində isə 347 boru marşrut xətti boyunca düzülüb. Bundan başqa, Faza-0 çərçivəsində 1342 kilometr, Faza-1 üzrə isə 283 uzunluğunda borunun qaynağı tamamlanıb. Ümumilikdə TANAP-ın əsas xətti üzrə 1694 kilometr boru marşrut boyunca düzülüb, 1626 kilometr boru qaynaqlanıb.

TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan işlərin isə 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.

Kəmərin tikintisində hazırda 9 min 500-dən çox işçi sahələrdə çalışır. Əlavə işlər və podratçılar da daxil olmaqla boru kəmərinin inşasına 10 min 357 nəfər cəlb olunub. TANAP-ın quru hissəsinin inşası çərçivəsində 4 ölçmə və 3 kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2×36 düym diametrli 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihənin ümumi dəyərinin isə 9,2 milyard dollar olacağı hesablanır. Layihənin ümumi büdcəsi üzrə indiyədək 3,2 milyard dollara qənaət edilib.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

Previous Post

TANAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb

Next Post

SOS: Rusiyada 130 intihara səbəb olan oyun Bakıya gəlir…

Bənzər yazılar

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Elchi.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Elchi.az xəbər verir ki, tədbir Heydər...

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...

Next Post

SOS: Rusiyada 130 intihara səbəb olan oyun Bakıya gəlir...

SOS: Rusiyada 130 intihara səbəb olan oyun Bakıya gəlir...

Son xəbərlər

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

10 Noyabr 2026 - 19:22
Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

10 Noyabr 2026 - 19:00
Paşinyan Parisdə Makronla görüşüb

Paşinyan Parisdə Makronla görüşüb

10 Noyabr 2026 - 18:34
SEPAH-ın yeni raket şəhəri təqdim olunub

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10 Noyabr 2026 - 16:41
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

10 Noyabr 2026 - 12:25
BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

10 Noyabr 2026 - 12:12
Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10 Noyabr 2026 - 11:57
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

10 Noyabr 2026 - 11:50
Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

10 Noyabr 2026 - 11:30
Qazaxda avtomobil yanıb

Qazaxda avtomobil yanıb

10 Noyabr 2026 - 11:10
Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb

10 Noyabr 2026 - 10:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

10 Noyabr 2026 - 10:19
Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

09 Noyabr 2026 - 17:47
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.