İsveçin Əfqanıstandakı nümayəndəliklərinin işi İsveç hakimiyyəti Quranın təhqirinə görə üzr istəyənə qədər dayandırılır.
Elchi.az xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Zəbiullah Mücahid deyib.
“İsveçdə Qurani-Kərimin və müsəlman inancının təhqir olunmasından sonra Əfqanıstan İslam Əmirliyi bu iyrənc hərəkətə görə müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırır”, – o bildirib.
Qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.
Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır
Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...




















Son şərhlər