Taliban hərəkatı G20-nin virtual sammitində vəd etdiyi təqribən 1,2 milyard dollar məbləğində maddi yardımın təcili olaraq ölkəyə çatdırılmasını tələb edib.
Bu barədə Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd kimi irəli sürülən Taliban sözçüsü Məhəmməd Sohail Şahin Tviterdə yazıb.
“Əfqanıstan İslam Əmirliyi hökuməti humanitar təşkilat və digər QHT-lər vasitəsilə hərtərəfli əməkdaşlığa hazırdır”, – Şahin bildirib.